Ermənilər Gəncəni “SCUD” ballistik raketi ilə vurub - Rəsmi

  • 12 okt 2020, 17:10
Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə yaşayış binasına Ermənistan silahlı qüvvələri tərəfindən törədilən raket hücumu “Elbrus” ballistik raketi (SCUD) ilə həyata keçirilib.
Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) icraçı direktoru Qəzənfər Əhmədov açıqlama verib.
“Bu gün Gəncənin mərkəzində sıx yaşayış məntəqəsinə atılan bir raketin son parçalarını topladıq. Əvvəlcə bunun “Toçka U” raketi olduğunu zənn etsək də, yeni parçaların təhlili bunun “Elbrus” ballistik raketi olduğunu dəqiqliklə söyləməyə imkan verir”,- deyə o, bu gün Gəncədə xarici diplomatlarla keçirilən brifinqdə qeyd edib.
Onun sözlərinə görə, raketin üzərində onun növünü müəyyənləşdirməyə imkan verən “8K14” yazısı aşkarlanıb. Əhmədov bildirib ki, raketin uçuş məsafəsi 300 kilometrdir.
Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, NATO tərəfindən “SCUD” adı ilə tanınan ballistik raket ilə bu qədər böyüklükdə bir şəhəri hədəf almağın vandalizm və müharibə cinayəti olduğunu bildirib.
Oxşar xəbərlər