Ermənistandan Gəncəyə atılan "ELBRUS" və ya "SKUD" raketini tanıyaq - düşməndə neçəsi var?

  • 12 okt 2020, 22:08
Bildiyiniz kimi, dünən - 11 oktyabr 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində mənfur Ermənistan müharibə qanunlarını və yalvararaq razılaşdığı sonuncu atəşkəs sazişini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini növbəti dəfə ballistik raketlə atəşə tutub. Növbəti müharibə cinayətinə imza ataraq Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozan düşmən faşizm aktında Rusiya istehsalı olan R-17 Elbrus (NATO kod adı "SKAD") taktiki raket kompleksini işə salıb. Hadisə nəticəsində 10 nəfər həlak olub, 10-u azyaşlı olmaqla ümumilikdə 40-a yaxın şəhər sakini isə yaralanıb.

Demokratik.Az bildirir ki, bu vandal terror aktı barədə artıq bütün dünya məlumatlandırılıb, ötən gün Rusiyanın vasitəçiliyi ilə əldə edilən humanitar məqsədli atəşkəs razılaşmasına erməni hörmətsizliyi ictimaiyyətin diqqətinə çatdırılıb. Eləcə də, Azərbaycanda olan bir sıra diplomatik korpusun nümayəndələri bugün Gəncəyə gələrək olanları öz gözlərilə görüb və təhlil ediblər. 
Təbii ki, ermənilərdə müşahidə edilən bu ənənəvi alçaq əməllər Azərbaycan xalqının iradəsini sındıra bilməz, eləcə də dinc əhalidə qorxuya və təlaşa, torpaqlarımızın işğaldan azad etməyə yönəlik hərbi əməliyyatlarımızın durdurulmasına vəzilə ola bilməz. Lakin, Gəncəyə və digər şəhər və rayonlarımıza tuşlanan "Elbrus"la - "SKUD" kod adlı dağıdıcı amansız raketi tanımaqda bir fayda var.
"Demokratik.Az" saytı sözügedən ballistik raket barədə vikipedik məlumatı təqdim edir:

Skad — Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (1.7 km/s).
Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb. Makeyev 1955-ci ilin iyununda bu zavoda baş dizayner təyin olunur, elə həmin ilin iyul ayında isə R-11 orduya qəbul olunur. Nüvə başlığı daşıma qabiliyyətinə malik R-11M isə 1 aprel 1958-ci ildə rəsmi şəkildə silahlanmaya qəbul olunub. Raketin atış platforması 8K11 adlanır. Nüvə başlığının gücü 50 kiloton hesablanmışdır.
R-11M-in maksimum atış məsafəsi 270 km, nüvə başlığı daşıdıqda isə 150 km-dir. Bu, Sovet ordusuna Avropadakı hücum hədəflərini məhv etməyə imkan verirdi.
Raketin dəniz variantı olan R-11FM (SS-N-1 Skad-A) ilk dəfə 1955-ci ilin fevralında test olunub. Onun atış platforması olan Proyekt 611 (Zulu sinfi) sualtı gəmi isə həmin ilin sentyabr ayında təqdim olunub. İlkin dizaynı Korolevin OKB-1 firması tərəfindən hazırlanan bu proqram 1955-ci ilin avqustunda Makeyevin SKB-385 firmasına transfer oldu. 1959-cu ildə əməliyyata hazır hala gəldi və Proyekt 611, Proyekt 629 (Qolf sinfi) sualtı gəmilərdə yerləşdirildi. Xidməti ərzində ümumilikdə 77 atış həyata keçirildi ki, bunlardan 55-i uğurlu oldu.
Skad-B R-11 (Skad-A) raketinin davamçısı olaraq R-17, 1970-ci illərdən isə R-300 olaraq adlandırıldı. Bu seriyanın ən çox istehsal olunmuş variantıdır (7,000 ədəd). 32 ölkəyə ixrac olunub, həmçinin, 4 ölkə bu raketin eyni versiyasından istehsal edib. 1961-ci ildə təqdim edilib, 1964-cü ildən isə silahlanmaya qəbul olunub.
Skad-C Makeyevin OKB firması həmçinin, R-17 raketinin atış məsafəsini artırmaq üzərində işləyirdi, bu silah Qərbdə SS-1d Skad-C adı ilə tanınırdı. Bu raket ilk uçuşunu 1965-ci ildə Kaputsin Yar bölgəsində həyata keçirdi. Bu texnikanın əvvəlkilərdən fərqi atış məsafəsinin 500–600 km-ə qədər qaldırılması və dəqiqliyinin artırılması idi. Lakin, bu raketlə eyni vaxtda TR-1 Temp (SS-12 Scaleboard) kimi daha müasir texnikalar meydana çıxdığına görə, Skad-C lazımsız hesab olundu və Sovet ordusuna qəbul olunmadı.
Skad-D R-17 VTO (SS-1e Skad-D) proyekti R-17 raketinin dəqiqliyinin daha da artırılmış variantı hesab olunur. Bu proyektin üzərində 1968-ci ildə işləməyə başlanmışdır. İlk testi isə 1979-cu ilin sentyabrında həyata keçirilib. İnkişafı 1989-cu ildə 9K720 Aerofon sistemi xidmətə qəbul olunanadək davam edib.
9K720 sistemi digərlərindən fərqlənir. Burada döyüş başlığı raketdən ayrı yerləşir və terminal nəzarət sistemindən istifadə olunur. Buna görə də, raketin hədəfdən sapması 50 metrə qədər enir.
Göstəriciləri
NATO kod adıSkad-ASkad-BSkad-CSkad-D
Xidmətə daxil olduğu il1957196419651989
Uzunluğu10.7 m11.25 m11.25 m12.29 m
Genişliyi0.88 m0.88 m0.88 m0.88 m
Ağırlığı4,400 kq5,900 kg6,400 kg6,500 kg
Məsafə180 km300 km600 km700 km
Hədəfdən yayınma3000 m450 m700 m50 m
Rəsmi bilgilərə inansaq, Ermənistan məhz "C" variantlı "Skad" raket kompleksinə, 8 buraxıcı qurğu və 32 raketə sahibdir. 
Skad raketi döyüşlərdə istifadə olunmuş çox az raketlərdən biridir. Almaniya istehsalı V-2 raketindən sonra ikinci ən çox istifadə olunan ballistik raketdir. Bu raketdən ilk dəfə 1973-cü il Yom Kippur müharibəsinin sonlarında Misir tərəfindən İsrailə qarşı istifadə olunmuş, nəticədə 7 nəfər İsrail hərbçisi həlak olmuşdur.[1] 1986-cı ildə ABŞ-ın hava zərbələrinə cavab olaraq Liviya İtaliyanın Lampesuda adası yaxınlığında yerləşən ABŞ Sahil Mühafizəsinin naviqasiya stansiyasına 2 ədəd Skad raketi atmış, lakin raketlər hədəfə çatmamışdır.

İran-İraq müharibəsində də istifadə olunub.

Bu müharibə ərzində İraq ilk dəfə məhdud sayda Luna-M raketindən İranın Dezful və Əhvaz şəhərlərinə zərbələr endirərkən istifadə etmişdir. 27 oktyabr 1982-ci ildə isə İraq ilk dəfə Skad-B raketləri ilə Dezful şəhərinə zərbə vurmuş, nəticədə 21 nəfər mülki vətəndaş həlak olmuş, 100 nəfər yaralanmışdır. Skad zərbələri növbəti illərdə də davam etdi, 1985-ci ildə isə intensiv hal aldı. Müharibə zamanı İran ərazisinə 100-dən çox Skad raketi düşmüşdü.
Buna cavab olaraq, İran 1985-ci ildə Liviyadan bir neçə ədəd Skad-B ballistik raketi satın aldı. 12 martda İrana məxsus ilk Skadlar Bağdad və Kərkük şəhərlərinə düşdü. Bu zərbələr Səddam Hüseyni əsəbiləşdirdi, lakin, İraqın əlində olan Skad raketləri Tehrana qədər gedib çatmaq iqtidarında deyildi. Buna görə də İraq SSRİ-yə TR-1 Temp (SS-12 Scaleboard) raketlərini almaq üçün təklif verdi, lakin, SSRİ bu təklifdən imtina etdi. Belə olan halda İraq özünün Skad raketlərinin mənzilini artırmağı qərar verdi və özünün inkişaf etdirdiyi bu raketləri Əl-Hüseyn adlandırdı. 1986-cı ildə İraq SSRİ-dən 300 ədəd Skad-B aldı, buna cavab olaraq İran da Şimali Koreya ilə raket idxalı və raket sənayesinin inkişafı barədə razılığa gəldi.
29 fevral-20 aprel 1988-ci il tarixləri arasında baş verən şəhər döyüşləri zamanı hər iki tərəf bir-birinə qarşı aktiv şəkildə "Skad dueli"nə çıxmışdı. 29 fevralda İraqdan atılan 7 ədəd Əl-Hüseyn Tehrana düşdü. Ümumilikdə İraq əksəriyyəti Əl-Hüseyn olmaqla İrana 189 ballistik raket atdı. Bu raketlərdən 135-i Tehran, 23-ü Qum, 22-i İsfahan, 4-ü Təbriz, 3-ü Şiraz və 2-i Kərəc şəhərinə düşdü. Bu zaman İraqın atdığı raketlər nəticəsində 2,000 nəfər iranlı öldü, 6,000 nəfər isə yaralandı, həmçinin Tehranda olan 10 milyon nəfərdən 1/4-i şəhəri tərk etmək məcburiyyətində qaldı.[3] İran isə buna cavab olaraq İraq ərazisinə 77 ədəd Şimali Koreya istehsalı Xvason-5 raketi atdı. Raketlərin əksər hissəsi Bağdada düşdü.

Əfqanıstan vətəndaş müharibəsində də yaddaş yazıb.

1989-cu ildə Sovet qoşunları Əfqanıstanı tərk edərkən, SSRİ bir sıra texnikanı, o cümlədən Skad-B və Skad-C raketlərini də Əfqanıstan Demokratik Respublikasına verməyə razılaşdı. 1989-cu ilin ilk aylarında bu raketlərin 500-ü Əfqanıstana çatdırıldı. Hər bir Skad batareyası 3 ədəd raket atıcı transpartyor, 3 ədəd yenidən doldurucu maşın, 1 ədəd meteoroloji maşın, 1 tanker və bir neçə komanda-nəzarət məntəqəsindən ibarət idi.

Ümumilikdə, 1988-ci ilin oktyabrı və 1992-ci ilin fevral ayları arasında 2,000-ə yaxın Skaddan istifadə edildi ki, bu da II Dünya müharibəsindən sonra ən çox ballistik raketin istifadə edildiyi müharibə oldu. 1992-ci ilin yanvarında Sovet məsləhətçilərin ölkəni tərk etməsindən sonra Əfqan ordusu tərəfindən ballistik raketlərdən istifadə azaldı. 24 apreldə mücahidlər Əfşur şəhərində Skad raketlərinin yerləşdiyi əsas bazanı ələ keçirdi. 2001-ci ildə ABŞ-ın Əfqanıstana daxil olmasından sonra burada qalan sonuncu 4 raket də məhv edildi.

Çeçen müharibələrinə diqqət edək.

Birinci və İkinci çeçen müharibələri zamanı Rusiya Silahlı Qüvvələri tərəfindən az sayda Skad ballistik raketindən qarşı tərəfin mövqelərinə zərbə endirilməsində istifadə olunmuşdur.

2015-17 Yəmən-Səudiyyə Ərəbistanı müharibəsində;

6 iyun 2015-ci ildə Yəmən tərəfindən Səudiyyə ordusuna aid Əl-Səlil aviabazasına Skad-C ilə zərbə endirilmişdir.[6]

9 oktyabr 2016-cı ildə Yəməndə Husilər tərəfindən 4 ədəd Vulkan-1 (Skad-D raketinin yerli istehsal variantı) raketi atıldı, lakin, bunlar heç bir zərər və itki ilə nəticələnmədi.

Nəhayət - 2020-ci il sentyabrın 27-dən alovlanan II Qarabağ müharibəsində, 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atılmışdır. Nəticədə 4-ü qadın olmaqla, 10 nəfər həlak olmuş, aralarında uşaqlar olan 40-a yaxın dinc sakin yaralanmışdır. İndi həmin raketi Ermənistana peşkəş edən Rusiya odu terrorçu bir dövlətə nə verdiyini dərindən düşünməlidir.

Onu da bildirək ki, eyni raketdən və İsrail istehsalı olan "LORA", Rusiya istehsallı "İsgəndər" tipli ballistik raketlərdən Azərbaycan ordusunun zəngin silah arsenalında da yetərincə var. Lakin, ordumuzun rəhbərliyi həmin silahları yalnız hərbi hədəflərin vurulmasına ön görür. Yəni, biz düşməndən fərqli olaraq heç bir mülki obyekti hədəfə almırıq. Müxtəlif kəşfiyyat və aerokosmik məlumatlarına görə, Ermənistan həmin raketi Qarabağ ərazisindən yox, Ermənistanın Vardenis rayonu ərazisindən atır ki, bu da hazırda Azərbaycan Ordusunun Qarabağda başlatdığı zəfər yürüşünün qarşısında açıq təxribat məqsədi daşıyır. 

Böyük ehtimal, düşmən bu əməlini davam etdirərsə, Azərbaycan Ermənistandakı bu təhlükəli və təhdidedici raket bazasını birdəfəlik göyə sovura bilər. Buna da həm haqqımız, həm gücümüz yetər!

Raketlərlə Azərbaycanı təhdid etməkdə olan düşmənə cavabında, ölkə rəhbəri cənab İlham Əliyev də olduqca sərt mesajlar ünvanlayıb, separatçı rejim başçısını və Paşinyanı ağıllı olmağa, terror əməllərinə son qoymağa çağırıb.

Onu da qeyd etməliyik ki, Azərbaycan HHM qüvvələri gecə-gündüz düşmənin xain hava hücumlarına qarşı səfərbərdir və əksər hallarda Ermənistandan atılan raket zərbələrinin qarşısı rəşadətlə alınır.

Allah Azərbaycanımızı qorusun!

Qarabağ Azərbaycandır...

Hazırladı: Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər