Ordumuz Füzuli istiqamətində düşmənə layiqli cavab verib

  • 08 okt 2020, 12:37
Cəbhənin Füzuli istiqamətində gərginlik davam edir. Səhər saatlarında kəndlərimiz daha intensiv şəkildə atəşə tutulub.
"Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, sentyabrın 27-dən başlayan əks-əməliyyatlar davam edir.
Düşmən Horadiz şəhərini, Şükürbəyli, Alıxanlı kəndlərini, Zobucuq qəsəbələrini ağır artilleriyadan atəşə tutub.
Azərbaycan ordusu düşmənin atəş nöqtələrini hədəfə alıb. Səhər saat 9 radələrində düşmənə layiqli cavab verilib.
Hazırda Horadiz şəhərində olan əməkdaşlarımız xəbər verir ki, düşmən bu dəqiqələrdə şəhəri və əsasən, Alıxanlı kəndini intensiv olaraq atəşə tutur. Ümumilikdə 3 ev tamamilə dağılıb. 10-dan çox evə ciddi ziyan dəyib. Xoşbəxtlikdən mülki əhalidən xəsarət alan yoxdur.
Dünən günorta saatlarında Horadiz şəhərinə atılan raket zərbəsi nəticəsində 2 ev tamamilə dağılıb, 5 evə ciddi ziyan dəyib.
Oxşar xəbərlər