Göygöl sakinləri şəhidini izdihamla son mənzilə yola saldı

  • 30 sen 2020, 23:06
Ötən gün şəhidlik zirvəsinə ucalmış Ceyhun Niftəliyev yaşadığı Göygöl rayonunda son mənzilə yola salınıb. Son günlər torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən genişmiqyaslı hərbi əməliyyatlarda ermənilərin döyüş həmlələrinin qarşısını alarkən həyatını itirən şəhidin dəfnində minlərlə insan iştirak edib. 
Bir sıra dövlət qurumları, hərbçilər, eləcə də yerli İHB rəsmiləri mərhumun yaxınlarına başsağlığı diləyiblər.
Şəhidin dəfnində "Şəhidlər ölməz, vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq" kimi vətənpərvərlik şüarları da səslənib.
Allah Cehun Niftəliyevin timsalında bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun!!!
Oxşar xəbərlər