Düşmən Tərtər Hərbi Komissarlığını vurdu - ölən və yaralananlar var

  • 30 sen 2020, 11:57
Ermənistan tərəfi Tərtər şəhərinin mərkəzində yerləşən Hərbi Komissarlığına artilleriya zərbəsi endirib. 
"Demokratik.az'"-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində Səvərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin binasına ziyan dəyib. Üzücü xəbər isə ondan ibarətdir ki, dinc əhalini hədəf alan növbəti erməni təxribatı nəticəsində bir neçə gənc çağırışçı və valideynlər yaralanıb. Hadisədə ölənlərin də olduğu deyilir.
Hərbi komissarlığın hansı səbəbdən daha təhlükəsiz yerə hələ də köçürülməməsi ancaq təəssüf doğurur.
Oxşar xəbərlər