"Kontakthome"-un Gəncə filiallarından biri GDU-nun ərazisində tikilib?

  • 25 sen 2020, 15:31
Gəncə Dövlət Universitetinin II tədris korpusunun ərazisi və önündəki ənənəvi piyada keçidi son illərdə zəbt edilərək üçmərtəbəli ticarət mərkəzinə çevrilib.
Demokratik.Az-ın məlumatına görə, hazırda "Kontakthome"-un Gəncə filiallarından biri kimi fəaliyyət göstərən obyektin tikintisi sabiq icra başçısı Elmar Vəliyevin və GDU rəhbərliyinin imzaladığı məntiqsiz icazəsi əsasında ərsəyə gəlib. Nəticədə, yüzlərlə tələbənin və həmin ərazidə yaşayan insanların gündəlik gediş-gəlişi xeyli çətinləşib. 
Təqdim etdiyimiz fotolardan da görə bilərsiniz ki, Universitetin stadionunun qarşısında yer alan ticarət mərkəzi şəhərin spesifik arxitektur görüntüsünü pozur. Əslində GDU-nun qarşısındakı obyekt geniş səkini daraldaraq kimlər üçünsə gəlir mənbəyi olmaqla, şəhərsalma və arxitektura normalarına qarşı çıxır.
Bu barədə Gəncə Dövlət Universitetindən və Gəncə İHB-dən açıqlama almağa çalışacağıq...
*****
(saat 16:17) Obyektin sahibi olduğunu deyən Qəzənfər adlı şəxsin saytımıza bildirdiyinə görə, mülkiyyət sabiq icra başçısı Elmar Vəliyevin dönəmində deyil, 1999-cu ildə tikilib. Bütün sənədləri də qaydasındadır. Sahibkar hesab edir ki, səkini qəsb etməyib, orada əvvəllər də mağaza olub. Dəfələrlə öz vəsaiti hesabına insanların gediş-gəlişi üçün ətrafdakı səkini təmir etdirdiyini deyən şəxs mağazasını şəhər üçün yaraşıq da adlandırıb... 
*****
GDU-nun qarşısındakı piyada yolundan Nizami Gəncəvi prospektinə addımladıqca səkinin daraldığını, yerində də obyekt tikildiyini təəssüf ki, gizlətmək mümkün deyil. Bu tikiliyə kimin necə icazə verməsindən asılı olmayaraq...   
Demokratik.Az 



Oxşar xəbərlər