Gəncənin polis rəisi şəhid övladının maşınını həbs etdirdi - NİYƏ?

  • 17 sen 2020, 11:38
Gəncənin polis rəisi Əkbər İsmayılov şəhid övladının idarə etdiyi avtomaşını heç bir ciddi əsaslar olmadan DYP-nin cərimə meydançasına saldırıb. Çünki, onun keyfi belə istəyib. 
Bu barədə "Demokratik.Az"-a Gəncə sakini Əsədov Tural Natiq oğlu özü məlumat verib.
Şikayətçinin sözlərinə görə, bir neçə gün əvvəl Ş.İ.Xətai prospekti ilə şəhərin çıxış yolunun kəsişməsində sükan arxasında olarkən onunla paralel hərəkət edən bir avtomaşını "yol hərəkəti haqqında" qanunun tələbləri çərçivəsində ötmə əməliyyatı edib. Ardından, bir neçə dəqiqə sonra isə DYP əməkdaşlarının maşınlarının təqibinə məruz qalıb. Şikayətçi özünə məxsus Mersedes markalı, "AZ 55 CA 811" dövlət nömrə nişanlı avtomobildə olub. 
Şikayətçinin sözlərinə görə, DYP rəisi Rəhim Zalovun da təkidilə onu heç bir əsas göstərmədən "şəhər polis rəisinin göstərişidir!" deməklə maşınını DYP-nin cərimə meydançasına aparıblar. Günlərdir öz nəqliyyat vasitəsinə istifadə hüquqları heç bir qanuni əsaslar olmadan məhdudlaşdırılan şikayətçi DYP-yə gedib-gəlməkdən yorulub. Öz vəzifə səlahiyyətlərini deyil, qanunsuz əmri icra edən Rəhim Zalov isə şikayətçiyə bildirir ki, "polis rəisi nə deyəcəksə elə də olacaq, maşını buraxa bilmərəm!". Yəqin, Rəhim Zalovun təlimatında belə şeylər də yazılıb!?
Şəhid övladı qarşılaşdığı özbaşınalıqla barışmır, bu barədə ölkə rəhbərliyinə və ölkənin baş prokurorluğuna rəsmi ərizə ilə müraciət edəcəyini bildirir.
Məsələ ilə əlaqədar Gəncə Baş Polis İdarəsindən və Gəncənin DYP rəisi Rəhim Zalovdan açıqlama almağa çalışsaq da zənglərimizə cavab verən tapılmadı. Gərəkdir ki, polis öz işini şəxsi istəklərinə deyil, qanunlara sayğı ilə təşkil etsin.
DİN rəhbərliyinin bu məsələyə diqqət ayıracağı ümidilə...
Demokratik.Az
Oxşar xəbərlər