GDU-da tələbə təqaüdü üçün düzülən "100"lüklər nə dərəcədə əsaslıdır?

  • 15 sen 2020, 11:35
Gəncədə yaşayan ziyalı, ADAU-nun kafedra müdiri Vahid Əmrahov özünün feysbuk səhifəsində Gəncə Dövlət Universitetində Xarici dillər fakultəsində təqaüd alanların ballarına diqqət ayırıb.
"Demokratik.Az"-ın məlumatına görə, iqtisadçı-müəllim bir nümunəyə istinadən belə yazır:
"Bu nəticəyə inansaq qəbul imtahanında həmin tələbələr 700 bal toplamalı idi. Təsəvvür edin, 300-400 balla universitetə qəbul olanlar 100 balla təqaüdə 'salınır", 600 baldan yuxarı balla qəbul olanlar bu universitetin "təqaüd tələblərinə" cavab vermir. Analoqsuz təqaüd sistemi quran Gəncə Dövlət Universitetinin kadrlarına "eşq olsun". 
Statusdan və GDU-da çalışan mənbəmizin dediklərindən yola çıxsaq, aydın olur ki, GDU-da təqaüd alanlar mövcud sistemə və rəqabət qabiliyyətlərinə görə ancaq 100 bal toplamalıdır. Bu bir o qədər qəribə səslənməsə də, universitetdə oxuyan bir çox savadlı tələbələrin maksimum balı yığa bilməməsi, əksinə, tapşırıqla və fakültə dekanlarının maraqları sayəsində "istənilən"lərə bu şəraitin mütamadi yaradılması təəssüf doğurur.
Mövzu ətrafında geniş araşdırma aparmağa, əldə edib dəqiqləşdirməyə çalışdığımız özbaşınalıqları işıqlandırmağa, GDU-nun və bir sıra təhsil ekspertlərinin mövqeyini alıb dərc etməyə çalışacağıq!
Demokratik.Az
Oxşar xəbərlər