Demokratik TV
Xəbər lenti
İcra başçısının nümayəndəsi barəsində cinayət işi açılıb
- 02 sen 2020, 10:07
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Elvin Ağayevin xüsusi karantın rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi və həmin arayışlara yalan məlumatlar daxil etməsi barədə daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Aparılmış istintaqla, Elvin Ağayevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən edilib.
Avqustun 18-də Elvin Ağayevə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
28 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Masallı rayon məhkəməsinə göndərilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Daha 6 rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Mətbuat Şurasının saxtakar üzvü cinayət başında saxlanılıb - VİDEO
İsmayıllının icra nümayəndəsi tutuldu - RƏSMİ
Karantin rejimini pozan 1 369 sürücü və sərnişin cərimələndi
Xüsusi Karantin Rejimi sabahdan daha da sərtləşdirilir
İsmayıllı rayonunun prokuroru və köməkçisi niyə həbs edilib?
Karantin qaydalarını pozan icra başçısı deputatların zənginə cavab vermir
QƏRAR! Azərbaycanda karantin rejimi may ayının 4-dək uzadıldı
İsmayıllının icra başçısı bu səbəbə cəzalandırılıb (FOTO/ VİDEO)
Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti