Şəmkirin Morul kəndində ÖZBAŞINALIQ! Əhmədzadənin artezianı sakinin torpağını niyə işğal edib?

  • 29 avq 2020, 09:50
Şəmkir rayonunun Morul kənd sakini Pənahov Şöhrəddin Nürəddin oğlu rayonun subartezian quyularının istismarı idarəsinin özbaşınalığından əziyyət çəkir. Sakin ailə üzvləri ilə birlikdə iddia edirlər ki, kənddə qeyri yollarla quraşdırılan bir artezian onların mülkiyyət hüquqlarını aşkar pozur.
"Demokratik.Az"-a göndərilən şikayətdən aydın olur ki, kasıb kənd sakini özünün halal torpaq sahəsində öz ailəsi üçün ev tikə bilmir.
Şəmkir Subartezian Quyularının İstismarı İdarəsinin yol verdiyi özbaşınalıq ailəni uzun müddətdir ki, kirayələrdə yaşamağa məhkum edib.
Şikayətçidən icazə almayan və kompensasiya ödəməyən qurumun hansı əsaslarla şəxsi mülkiyyətdə artezian quraşdırması aydın deyil.
Zərərçəkmişlərin videomüraciətlərindən o da aydın olur ki, Meliorasiya ASC-nin artezianı sakinin torpağını zorakı yollarla işğal edib və Əhmədzadənin rayon üzrə təmsilçisi Mehdi Həsənov müxtəlif üsullarla şikayətçiləri susmağa təhrik edir.
Olayla bağlı rayon rəhbərliyi və bir sıra dövlət qurumları məlumatlı olsalar da problem nədənsə həll edilmir.
Qarşı tərəfin də məsələyə münasibətini öyrənib dərc etməyə çalışacağıq!
Demokratik.Az



Oxşar xəbərlər