Şəhid general Polad Həşimovun xatirəsinə klip hazırlanıb - VİDEO

  • 22 avq 2020, 20:49
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun xatirəsinə klip çəkilib.
Layihəni Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi təqdim edib.
Şəmistan Əlizamanlının ifasında səslənən "Paşam, Hey!" adlı mahnının sözləri Milli Məclisin deputatı Musa Quliyevə, musiqisi isə Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Faiq Sücəddinova aiddir.
Layihənin rəhbəri isə Aygün Muradxanlıdır. 
Demokratik.Az sözügedən klipi sizlərə təqdim edir:
Oxşar xəbərlər