Kəramət Böyükçöl polisdən çıxdı və bu dəfə xəstəxanadan yazdı

  • 19 avq 2020, 23:59
"O cür çıxışlar etməməli idim..."
Yazıçı Kəramət Böyükçöl polisdən buraxılandan sonra dostlarına sosial şəbəkə vasitəsilə müraciət edib. K.Böyükçöl yazıb ki, günlərdir gərgin olub: "Ürəyim partlayırdı. Dözə bilmirdim. Ən adi problemlərin qarşısında özümü aciz hiss edirdim. Bezmişdim. Yorulmuşdum. Reallıqlarla barışa bilmirdim. Və belə bir vəziyyətdə emosiyalarımı saxlaya bilmədim, canlı yayın açıb kobud ifadələrlə çıxış elədim, statuslar yazdım. Bütün hallarda nə olur olsun içkili vəziyyətdə içində qeyri-etik ifadələrin yer aldığı o cür çıxışlar etməməli idim və inanmaq istəyirəm ki, mən cəmiyyət üçün bir-iki çıxışın qurbanı olacaq, bir-iki sərxoş çıxışa görə silinib atılacaq adam deyiləm".
"Bir az yaşamaq istəyirəm, qızıma, oğluma görə yaşamaq istəyirəm", deyən K.Böyükçölün sözlərinə görə, yeni əsərlər yazmaq istəyir: "Polisdən buraxılmışam, indi hal-hazırda xəstəxanadayam. Müalicə almağa başlamışam. Özümü vahimə içində, yorğun və o qədər ümidsiz, halsız hiss edirəm ki, bu cəhənnəm quyusundan məni ancaq sizin dəstəyiniz, təsəlliniz çıxara bilər, əziz dostlar. Ümid edirəm ki, yaxşı olacam".
Oxşar xəbərlər