Prezidentdən yeni təyinat

  • 21 apr 2015, 14:45
Prezident İlham Əliyev Ali Məhkəməsinin sədrini təyin edib.


 

 Sərəncamda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram: "Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin".

Qeyd edək ki, Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1977-1979-cu illərdə həqiqi hərbi xidmət keçib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992-1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993-1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb. 

Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilib. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olub. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. Ailəlidir, 3 övladı var.