Sumqayıtda Xalq artistinin qardaşı döyülüb - FOTO

  • 09 avq 2020, 11:25
Sumqayıtda Xalq artistinin qardaşını parkda döyüblər.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində parklardan birində baş verib.
1966-cı il təvəllüdlü İxtiyar Allahverdiyev və Vəlixan Səmədov naməlum şəxslər tərəfindən döyülüb. Hər iki şəxsə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində tibbi yardım göstərilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, döyülənlərdən biri, 54 yaşlı Vəlixan Səmədov Xalq artisti Əlixan Səmədovun qardaşıdır.
Oxşar xəbərlər