Xəbər lenti
Bütün xəbərlər

Oqtay Əsədov Tokioya gedir

  • 18 apr 2015, 17:12
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti aprelin 19-dan 25-dək Yaponiyada rəsmi səfərdə olacaq.


Milli Məclisin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, nümayəndə heyətinin tərkibinə Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Abel Məhərrəmov, deputatlardan Çingiz Əsədullayev, Aslan Cəfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfərin ilk günü Milli Məclis Sədrinin Yaponiya İmperatoru Əlahəzrət Akihito, Baş nazir Şinzo Abe, xarici işlər naziri Fumio Kişida ilə görüşləri nəzərdə tutulub.

Deputatlar Tokioda ölkə parlamentinin Müşavirlər və Nümayəndələr palatalarında olacaq, Azərbaycanla parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşəcək, Yaponiya qanunvericilik orqanının fəaliyyəti ilə yaxından maraqlanacaqlar.