Demokratik TV
"Allah amandı! Şair Alxasov Qusarı sökə-sökə, kəsə-kəsə varlanıb" - ŞİKAYƏT
"Cəzasızlıq mühiti Qusar RİHB-sı Şair Alxasov cənablarına öz biznesinin inkişaf etdirilməsinə, genişləndirilməsinə böyük imkanlar yaratmışdır. İcra başçısı hektarlarla torpağı sənədləşdirərək satmış, varlanmış, ekoloji tarazlığı talamışdır".
Bu barədə "Demokratik.Az"-ın elektron poçt ünvanına növbəti şikayət məktubu ünvanlayan Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan 2- ci grup əlil, ağsaqqal Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu yazır. Ölkə rəhbərliyinə ünvanlanan vətəndaş müraciətində deyilir:
"Hörmətli cənab prezdent !
Sizin, Azərbaycan Respublikasının 1-ci vitse prezdenti, Hörmətli Mehriban xanımın şəxsi təşəbbüsü, rəhbərliyi ilə Bakı şəhərində, Respublikamızın bütün rayonlarında milyonlarla ağaclar əkilmişdir. Danılmaz bir faktdır ki, Ölkə prezdenti İlham Əliyev cənablarının və 1-ci vitse prezdent Mehriban xanımın Əliyevanın böyük zəhməti qədirbilən Azərbaycan Xalqı tərəfindən həmişə qiymətləndirilməkdədir.
Ümummilli liderimiz Heydər Əliyev cənabları da, Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxtlarda, həmişə yaşıllıqların qorunmasının vurğunu olmaqla, Bakı şəhərində, Respublikamızın bütün rayonlarında milyonlarla ağac əkmə kompaniyalarına rəhbərlik etməklə, Azərbaycan Respublikasını yaşıllıqlar diyarına çevirmişdir. Ümummilli liderimiz Heydər Əliyev cənabları həmişə ağac əkən insanların zəhmətini layiqincə qiymətləndirmə bacarığ olan dahi şəxsiyyətlərdən biri idi. Ümummilli liderimiz Heydər Əliyev cənabları Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə, qanunsuz olaraq ağac kəsənlərlə, yaşıllıqları məhv edərək, həmin torpaq sahələrdə özlərinə yaşayış evləri, kommersiya obyektləri tikənlərə qarşı həmişə mübariz mövqədə olmaqla, həmin vətəndaşlara qarşı ən sərt cəzaların tətbiq edilməsinin tələb edən dahi şəxsiyyətlərdən biri olmuşdur.
Heydər Əliyev cənabları qanunsuz ağac kəsən, yaşıllıqları məhv edən şəxslərə qarşı həmişə barışmaz mövqədə olmaqla demişdir:
" Bir ağacı əkib-böyütmək, elə bil ki, bir övladı böyütməyə bərabərdir. Bakıda ağaclar yox idi, " Maksim Gorki, Mayakovski Bakıya gələndə demişdir ki, Bakıda bir neçə ağac gördüm ". Hesab edirəm ki, o ağac kəsənlər elə bil ki, qollarımı kəsiblər- balalarımın başını kəsiblər.Qanunsuz ağac kəsən şəxsiyyətsiz adamlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Ağacları kəsib özlərinə cah-cəlal yaradan , qanunsuz tikilmiş bütün tikililər dərhal dağıdılmalıdır ".
Ümummilli liderimiz Heydər Əliyev cənabları tərəfindən deyilmiş bütün mənalı, ziyalı sözlərini vətəndaşlarımız həmişə yüksək qiymətləndirməkdədir. Hesb edirəm ki, qanunsuz ağac kəsən, yaşıllıqları məhv edən məmurlar, Ümummilli liderimiz Hehdər Əliyev cənabları tərəfindən deyilmiş mənalı kəmamlardan ibrət götürməlidirlər
Əfsuslar olsun ki, Qusar RİHB-sı Şair Alxasov cənablarının Ümummilli liderimiz Heydər Əliyev, Ölkə prezdenti İlham Əliyev cənabları, 1-ci vitse prezdent Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaşıllıqların qorunmasına verilən dəyərdən, Bakı şəhərində, Respublikamızın bütün rayonlarında aparrıldığı ağac əkmə aksiyalarından bixəbərdir.
Qusar RİHB-sı Şair Alxasov cənabları Qusar rayonuna icra başçı təyin olunan vaxtdan, hal-hazıra qədər, 13 il ərzində böyük zəhmət hesabına əkilmiş ağacları, meyvə bağlarını, yaşıllıqları məhv edərək, özü, icra hakimiyyətin vəzifəli şəxsləri üçün həmin torpaq sahələrdə, yaşayış evləri, restoranlar, digər təyinatlı kommersiya obyektləri tikdirərək, öz biznesini inkişaf etdirmək və biznes sahələrini genişləndirməklə məşğuldur.
Qusar RİHB-sı Şair Alxasov cənablarının hərəkətlərindən qanunsuz hesab etməklə, iddia etdiyim faktlar aşağıdakılardan ibarətdir :
1. Qusar RİHB-sı Şair Alxasov cənabları Təhsil Nazirliyin balansında olmuş internat məktəbin, kimsəsiz şağirdlərdlərin böyük zəhməti hesabına əkilmiş 2 hektara yaxın meyva bağın torpaq sahəsini qanunsuz zəbt etməklə, sənədlərdə düzəliş etdirərək, sənədləri saxtalaşdırmaqla, naməlum Sumqayıt şəhər sakininə satmış, o da, həmin torpaq sahənin hər sotunu 5-10 min manata sataraq, həmin ərazidə olan yüzlərlə meyvə və digər qiymətli ağacları kəsdirmişdir.
2.Qusar RİHB-sı Şair Alxasov cənabları Qusar şəhərin mərkəzində olan, yeganə təbii park sayılan, N. Nərimanov adına mərkəzi parkın torpaq sahəsini qanunsuz zəbt edərək, həmin parkdakı yüzlərlə yaşı olan qiymətli ağacları kəsdirərək, özü üçün " Yaşıl Park " adlı restoran və avtomaşınlar üçün avtodayanacaq tikdirərək istifadətə vermişdir.
3. Səhiyyə Nazirliyin balansında olmuş, uzun müddət uşaq xəstəxanası kimi fəaliyyət göstərmiş xəstəxananın 2 hektara yaxın torpaq sahəsini qanunsuz sənədlər əsasında zəbt edərək, həmin torpaq sahədə olan qiymətli, uzunömürlü ağacları kəsdirərək özünə " Təzə bazar " tikməklə istifadəyə vermişdir.
4. Şair Alxasov cənabları Qusarda mövcud, köhnə avtobazanın aşağı hissəsində olan xristian qəbristanlığın 2 hektara yaxın torpaq sahəni zəbt edərək, həmin qəbristanlıqdakı qiymətli, uzun ömürlü " Şabalıd " ağacları kəsdirərək, həmin ərazidə 3 ədəd yüksək mərtəbəli yaşayış binası tikdirməklə istifadəyə verməkdədir. Qəbristanlığın bir hissəsi də, qanunsuz olaraq İH-in əməkdaşı Elman Mustafayev cənablarına bağışlamışdır. Elman Mustafayev cənabları da, həmin ərazidəki şabalıd ağacları kəsdirərək, özü üçün qəbristanlıqda çoxlu sayda kommersiya obyektləri tikdirərək istifadəyə vermişdir.
Qusar RİHB-sı Şair Alxasov cənablarının xüsusi təşəbbüsü, tapşırığı əsasında xristian qəbristanlıqda dəfn edilmiş insan qalıqları, sümükləri, tabut qalıqları, ekskavatorla avtomaşınlara yüklənərək, Köhnə Xudat kəndinə gedən, " Cağar -Cibir " kanalının yanına daşıtdıraraq, yeni çəkilmiş torpaq yola atılmaqla, üstü daş-çınqılla örtülmüşdür. Allahsızlıq edən Qusar RİHB-sı Şair Alxasov cənabları allah tərəfindən bağışlanılmaz səhfə yol vermişdir. Həmin xristian qəbristanlığında həm də, dünyasını dəyişmiş bir rus generalın məzarı olmuşdur.Həmin rus generalın nəvələri, qohumları təxminən 1960-1965-ci illərdə Qusar şəhərinə gələrək, həmin generalın qalıqlarını Rusiyaya aparmışdır. Qusar əhalisinin həmin məzarlıq barədə çoxlu bilgiləri vardır. Böyük ölçülü məzar daşında həmin generalın soyadı da, həkk olunmuşdu.
5. Şair Alxasov cənabları Təhsil Nazirliyin balansında olan 4 saylı natamam orta məktəbin 1 hektara yaxın torpaq sahəsi, icra başçılar üçü tikilən yaşayış evinə bitişik 1 hektara yaxın torpaq sahəsi zəbt edilərək, həmin torpaq sahədə olan qiymətli ağaclar kəsdirərək özü üçün milyonlarla manat dəyərində olan kommersiya obyektləri tikməklə istifadəyə vermişdir.
Sual olunur :
Vətənə layiqli xidmət etdiyinə görə 2-ci dərəcəli Dövlət ordeni ilə təltif olunmuş Qusar RİHB-sı Şair Alxasov cənabları hansı əsasa-hüquqa görə yaşıllıqları məhv edərək, özünə kommersiya obyektlərini tikdirərək, öz biznes şəbəkəsini genişləndirməklə məşğuldur7
Qusar RİHB-sı Şair Alxasov cənablarının qanunsuz, cinayət tərkibli hərəkətlərini müdafiə edən, onu himayə edən yüksək vəzifəli məmur kimdir?
Hansı səbəbə görə vətəndaş şikayətlərinə baxılmır ?
Hansı səbəbə görə Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər naziri,Hörmətli Muxtar Babayev cənabları qiymətli ağacları kəsdirən Qusar RİHB-sı Şair Alxasov cənabların qanunsuz hərəkətlərini aşkar etməklə, onun barəsində qanunamüvafiq tədbirlər görülməsinə sərəncam vermir ?
Hörmətli cənab prezdent !
Qusar şəhəri ərazisində ağacları qanunsuz kəsdirən, yaşıllıqlara qənim kəsilən, Qusar əhalisinin, Dövlətin balansında olan torpaq sahələrini qanunsuz zəbt edərək özünə yaxın adamların adlarına özəlləşdirərək, həmin ərazidə milyonlar dəyərində olan kommersiya obyektləri tikərək istifadəyə vermiş, Qusar əhalisinin vəziyyəti ilə maraqlanmayan, Qusar camaatına xidmət etməyən,Qusarlıların heç bir problemini həll etməyən, Vətənə layiqli xidmət etdiyinə görə 2-ci dərəcəli Dövlət ordeni ilə təltif edilmiş Qusar RİHB-sı Şair Alxasov cənablarının 13 illik fəaliyyətinin yoxlanılması, fəaliyyəti qiymətləndirilməklə, onun barəsində qanunamüvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə sərəncam verilməsini Sizdən dönə-dönə xahiş edirəm.
Şikayətə fotofaktlar əlavə edilir.
İmza: Qusar şəhər sakini, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu".
Yazılan şikayətlə bağlı Qusar İHB-nin də mövqeyini dinləməyə, dərc etməyə hazırıq!
Demokratik.Az