Göl ətrafında otel tikdirmək istəyən Hacı Salayev imiş

  • 29 iyul 2020, 10:02
Bakının Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafında otel inşa etdirmək istəyən şəxsin kimliyi bəlli olub.
“Demokratik.Az” Unikal.org-a istinadən xəbər verir ki, həmin ərazi sabiq deputat Hacı Salayevin mülkiyyətindədir. H. Salayev Fövqəladə  Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşıdır.
Qeyd edək ki, sabiq deputat böyük biznes imperiyasına malikdir.
Oxşar xəbərlər