Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Şəhid anası: “Məni aparın, ermənidən qisasımı alım” – VİDEOREPORTAJ
Şəhid anası: “Məni aparın, ermənidən qisasımı alım” – VİDEOREPORTAJ
- 27 iyul 2020, 09:47
“Onun qanı yerdə qalmasın. Məni aparın, ermənidən qanımı, qisasımı alım”.
Bu, qəlbi yaralı, sinəsi dağlı bir ananın fəryadı, yağı düşməndən qisas almaq çağırışıdır. Hər bir şəhid anasının, şəhid valideyninin arzusudur bu.
Əzəl gündən bəxti gətirməmişdi Rəşadın. Uşaq yaşlarından ata nəvazişindən məhrum olan balaca anası Sevda ilə birgə dayısının himayəsinə sığınmışdı. Doğulub boya-başa çatdığı Biləsuvarın Aşağı Cürəli kəndində hər kəs bilirdi bunu.
İlk gündən həyat üzünə gülməsə də, polad kimi daha çox bərkiyirdi Rəşad. Pambıq tarlalarında qan-tər içində işləyən anası aşılamışdı ona Vətən məhəbbətini, torpaq sevgisini.
Altı il bundan öncə əyninə zabit mundiri geyinəndə anası da qürurlanmışdı, dayıları da. Baş leytenant Rəşad Mahmudovun 28 yaşı olsa da, hələ subay idi. Anası, yaxınları tələsdirirdi onu ailə qurması üçün. O isə hələ ev tikdirirdi, dörd il bundan öncə tikintisinə başladığı evi.
Bu il iyulun 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kəndində törədilən təxribatın qarşısını alan zaman gənc zabit Rəşad Mahmudov Şəhidlik zirvəsinə ucaldı. Doğulduğu torpaq öz şəhidini qoynuna aldı. Əbədilik…

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Anası şəhid generalın sonuncu zəngindən danışdı VİDEOMÜSAHİBƏ
RƏZALƏT! Fuad Muradov şəhid ailələrini təhqir edib
Manaf danışdı - “Şəhid anasını diz çökdürməmişəm”
Prezident generalın anasına, polkovnikin oğluna zəng etdi – FOTOLAR
Mübariz Mənsimov yazdı, şəhid anasına hörmətsizlik edən cəzalandırıldı
"Unibank" şəhid ailəsinin borcunu bağışladı
“Vasif Talıbov anası vəfat edən gün ilk olaraq şəhidin dəfninə gedib”
Emin Ağalarov anası ilə rəqs etdi - VİDEO
Zərdabın icra başçısı şəhid ailəsinə XOX GƏLİR: "Oğlunuzun şəhid adını əlindən aldıracam"
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti