Mehriban Əliyeva KİV nümayəndələrini təbrik edib

  • 22 iyul 2020, 12:59
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə bağlı paylaşım edib.
Demokratik.Az xəbər verir ki, paylaşımda deyilir:
“Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!”.
Oxşar xəbərlər