Gecə aksiyasında Milli Məclisə 22 150 azn maddi ziyan dəyib - FOTOLAR

  • 15 iyul 2020, 18:52
Azərbaycan Respublikası Milli Məclis Aparatı ötən gecə baş verənlərlə bağlı növbəti məlumatını yayıb. Musavat.com bununla bağlı Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Məlumatda deyilir: "Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub".
MM Aparatından bildirildiyinə görə, dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 azn məbləğində maddi ziyan dəyib.
"Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik"-məlumatda daha sonra bildirilir.
Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarova bu gün şəxsən baş verənlərlə maraqlanıb.











Oxşar xəbərlər