KTN-də subsidiya "maxinasiyası"! İnam Kərimovun müşaviri və müavini dalaşdı

  • 13 iyul 2020, 12:13
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində dava düşüb. Nazir İnam Kərimovun müşaviri Elçin Zeynalovla nazir müavini İlham Quliyev arasında bir müddətdir ki, yaşanan qalmaqal əlbəyaxa dava ilə yekunlaşıb.
"Demokratik.Az"-ın əldə etdiyi məlumatda bildirilir ki, nazirliyin mötəbər rəsmiləri arasındakı davaya səbəb illərdir ki, kənd təsərrüfatı sektoruna ayrılan və maxinasiya yolu ilə havaya sovrulan subsidiyalarla bağlı olub. Belə ki, tərəflər hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılan korrupsiya və özbaşınalıqların məsuliyyətini öz aralarında düzgün bölüşdürə bilməyiblər və nəticədə E.Zeynalov müavinə əl qaldırıb. Müavinin ciddi xəsarət aldığı, hadisənin araşdırıldığı bildirilir.
Hazırda olayı müazakirəyə çıxaran tərəfdar qurumlardan biri isə Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti rəhbərliyidir.
Məlumata görə, bugün səhər saatlarından ADAU-nun baş binasına toplaşanlar hadisədən danışıblar, əsasən də KTN-in son illərdə universitetə ayırdığı subsidiya layihələrini, ortada olan bəzi məsuliyyətlərini də müzakirə ediblər.
Məlumata görə, ADAU rektoru İbrahim Cəfərov da KTN-in yol verdiyi bəzi maliyyə maxinasiyalarında iştirak edib və bu səbəbdən də özünə qarşı da cinayət işinin açıla biləcəyindən ehtiyat edir.
(detallara daha geniş aydınlıq gətirməyə, faktları KTN-lə dəqiqləşdirib təqdim etməyə çalışacağıq, mövzu diqqətimizdədir)
Demokratik.Az
Oxşar xəbərlər