Tovuzda erməni təxribatı! Ordumuz düşməni geri oturdub

  • 12 iyul 2020, 21:03
Bugün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbələr endirilib və o, ağır itki verərək geri oturdulub.
Ermənistan tərəfi özü etiraf etməsə də, 30-a yaxın canlı itki verdiyi barədə iddialar var.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından isə 2 nəfər şəhid olub, 5 nəfər yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Demokratik.Az
Oxşar xəbərlər