Kəlbəcərin icra başçısı hərəkətə keçdi

  • 12 iyul 2020, 17:21
Kəlbəcərin icra başçısı Azər Qocayev bugün hərəkətə keçib. İcra başçısı dünən - 11 iyul 2020-ci il tarixdə Gəncə şəhərinə yağan güclü yağış nəticəsində Gəncə şəhəri, Gülüstan qəsəbəsində məskunlaşmış Kəlbəcərlilərin problemlərinin həlli istiqamətində işlərə başlayıb.
"Demokratik.Az"-ın rəsmi mənbələrə istinadən xəbərinə görə, icra başçısı günorta saatlarında Gəncənin Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasına və  "Atçılıq" adlanan yaşayış massivinə baş çəkib.
İcra başçısı yaranmış çətinliklərin aradan qaldırılması məqsədi ilə yaranmış vəziyyətlə ətraflı tanış olmaqla problemin tezliklə aradan qaldırılması üçün aidiyyatı qurumlarla birgə aşağıdakı işlərə göstəriş verilmişdir:
    - Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dəvət edilmiş, sakinlərin evlərinə və həyətlərinə dolmuş suyun ərazidən təmizləməsi işləri hazırda davam etdirilir.
    - Kəlbəcər rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilmiş, Gəncə-Göygöl suvarma kanalının bərpa edilməsi üçün əraziyə 2 ədəd texnika cəlb edilərək kanalın dağılmış hissələri lil qatlarından təmizlənmış və hazırda müəyyən bərkitmə işləri aparılır.
   - ADAU-nun 6 saylı yataqxanasının dam örtüyünün təmir edilməsi üçün Kəlbəcər RİH tərəfindən Qaçqınların və  Məcburi  Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsinə rəsmi müraciət edilmiş və müraciət əsasında Komitənin Qərb bölgəsi üzrə Təmir-Tikinti İdarəsinin əmakdaşları ilə birgə binaya baxış keçirilmişdir. Yataqxananın dam örütüyünün təmir edilməsi məqsədi ilə müəyyən inşaat materialları alınaraq su ötürücü boruların bir hissəsi dəyişdirilmiş və yaxın günlərdə isə binanın dam örtüyü hopturulmuş karton (tol) ilə yenidən örtülərək təmir olunacaqdır.
            
 
            
 
            
 
            
Oxşar xəbərlər