Zakir Həsənovun müavini işdən çıxarıldı - Onu Nizam Osmanov əvəzlədi

  • 09 iyul 2020, 11:25
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Müdafiə Nazirliyinin məlumatına görə, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib. General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb.
Oxşar xəbərlər