Prezidentdən məşhur olaya reaksiya: "Polis düz etdi..."

  • 07 iyul 2020, 09:49
Xəstəliyin yayılmasının səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir.
Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.
"Biz görəndə ki, insanlar nümayişkaranə bu rejimi pozurlar... Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir. Ona görə Azərbaycan polisi düz edib müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici, istər yerli vətəndaş, istər xarici vətəndaş – fərq eləmir. Biz xalqımızın sağlamlığını qorumalıyıq. Mövcud olan qanunlar və karantin rejimi ilə bağlı tətbiq olunan qaydalar hər kəs üçün əsas olmalıdır. Biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa, nizam-intizama əməl edərlərsə, hesab edirəm, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”, - dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər