İbrahim Cəfərov Gəncədə maskalandı - Göygölə gedib maskasızlaşdı

  • 07 iyul 2020, 12:35
Dünən Gəncədə koronavirus pandemiyası ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı həyata keçirilən maarifləndirmə xarakterli növbəti reyd baş tutub.
Post-pandemiya dönəmi üçün sosial əhəmiyyət daşıyan reyddə Gəncə aktivləri - Gəncə Şəhər İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, şəhərin Nizami və Kəpəz Bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev iştirak ediblər.
Reyd iştirakçıları lentə alıb sonradan ictimailəşdirdikləri formal tədbirdə vətəndaşlarla profilaktik söhbətlər apararaq, sosial məsafə, tibbi maska, əlcək və tibbi spirtdən istifadənin vacibliyini yada salıblar. 
Demokratik.Az-a daxil olan özəl xəbərə görə, tədbir iştirakçılarından biri, ADAU-nun rektoru İbrahim Cəfərov işin sonunda Göygöl rayonuna gedərək mağazalardan alış-veriş edib, bu zaman isə kamera qarşısında ictimai rəyə sərgilədiyi tövsiyyələrinin əksini nümayiş etdirib.
Rektor maskasız və əlcəksiz halda rayonun "Moskva Market" şərab mağazasından xeyli içəcək alaraq rayonun Aşıqlı kəndindəki villasına yollanıb. Həmin zaman onu "AZ 20-AA-333" seriyalı xidməti avtomaşını və yeni gənc sürücüsü müşaiyət edib. 

Onu da bildirək ki, rektor bir müddətdir ki, Göygölün Aşıqlı kəndində qalır və işə də burdan gedib-gəlir.
Rektorun ictimai yerlərdə özünün də yaxşı bildiyi sərt karantin tələblərinə daha ciddi əməl edəcəyinə, məmur qiyafəsində və danışıqlarında daha səmimi olacağına, təbliğ etdiyi qoruyucu maskanın bütün mağazalarda olarkən birinci özü taxacağına ümid edirik...
Maraqlı deyilmi sizə də... Gəncədə maskalanan rektor Göygöldə maskasızlaşır - SİZCƏ NİYƏ..
Demokratik.Az
Oxşar xəbərlər