Hafiz Hacıyevin çıxışı ADAU-nu qarışdırdı - Rektor qovhaqovla hədələdi

  • 03 iyul 2020, 17:04
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevin yaxın qohumlarına qarşı təqibə start verib. Plagiat rektor dünən günorta saatlarında universitetin Magistr Hazırlığı Mərkəzinin direktoru Aqil Mustafayevi yanına çağıraraq onu təhqir və təhdid edib. 
Bu barədə "Demokratik.Az"-a danışan mənbənin sözlərinə görə, buna səbəb qalmaqallı partiya rəhbəri H.Hacıyevin ötən həftələrdə "LAF TV"-yə müsahibəsi olub. Belə ki, partiya rəhbəri Kənd Təsərrüfatı Nazirliyini və nazir İnam Kərimovu, eləcə də yaxınlarını fəaliyyətsizlikdə, dağıdıcılıqda ittiham edib. Tənqid edərkən də nazirliyin kurasiyasında olan ADAU-nun rektoru İbrahim Cəfərovun öz köməkçisi, 26 yaşlı Rüfanə Əliyevaya hər il keçirdiyi dəbdəbəli ad günlərinə də eyham edib.
H.Hacıyev Demokratik.Az saytının yaydığı həmin xəbərə istinadən plagiat rektorun bu cür qudurğanlığa havayı pulları hardan tapdığını, nə qədər maaş aldığını soruşub.

Və bunu həzm etməyən plagiat rektor siyasətçinin qisasını sonuncunun yaxın qohumu olan Aqil Müstafayevdən çıxmağa qərar verib.
Bildirilir ki, rektor öz iş otağında mərkəz direktorunun sənədləşdirmə problemini (imtahan listlərinin hazırlanması və müəllimlər tərəfindən imzalanması prosesi) dilə gətirdikdən sonra əsas hücumuna başlayıb. Və Mərkəzdə daxili yoxlama təşkil etdikdən sonra qohumu Hafiz Hacıyevin çıxışlarından dolayı onu işdən qovacağı ilə hədələyib.
Şəkildəki - Aqil Mustafayev
Tərəflər arasındakı münaqişə Universitet kollektivi arasında sürətlə yayılıb və müzakirələrə səbəb olub. Hələlik A. Mustafayev öz vəzifəsinin icrasını yerinə yetirsə də, tezliklə onu universitetin elmi katibi Səbuhi Məmmədovun əvəz edəcəyi iddia edilir. Bu günlərdə rektorun niyyətli əmrini imzalayacağı gözlənilir.
Əldə etdiyimiz digər mühüm məlumatda isə bildirilir ki, ADAU rektoru nazir İnam Kərimova yetərincə sadiq olduğunu, onun təəssübünü çəkdiyini daha aydın ifadə etmək üçün uzun müddətdir sürücüsü işləyən Şəmil kişini də işdən çıxaracağı anonsunu edib. Bu barədə sürücüsü ilə də profilaktik söhbətlər apararaq Hafiz Hacıyevə qisascı ultimatumlar göndərib.
Məlumat üçün bildirək ki, ADAU rektorunun sürücüsü Şəmil Şamilov Hafiz Hacıyevin yeznəsidir - Gəncədə yaşayan bacısının həyat yoldaşıdır...
Xəbərdə adıkeçən hər kəsin söz haqqına sayğımız var...
Demokratik.Az
Oxşar xəbərlər