Xocalı köçkünləri Ağcakənddə HARAY SALDI - "SU! SU! SU!" - VİDEO

  • 15 iyun 2020, 13:32
Goranboyun Ağcakənd kəndində məskunlaşan Xocalı sakinləri su problemindən əziyyət çəkir.
Demokratik.Az-ın məlumatına görə, bir qrup məcburi köçkün ötən gün ayaqlanaraq Ağcakənddə yerləşən Xocalı İcra Hakimiyyətinə doğru yürüş ediblər. 
Polislər narazı kütləni dayandırmağa çalışsalar da, acıqlı kütlə İHB-nin binasının həyətinə girə biliblər.
Onların şikayəti icra başçısının onları dinləməməsi, dərdlərini eşitməməsi və qəsəbədəki bir sıra problemlərin uzun müddətdir həll edilməməsi olub. 

Videoçəkilişdən aydın olur ki, Xocalılı şikayətçilər 20 ildir susuzluqla sınağa çəkilir, daha buna dözə bilmirlər.
Polislər şikayətçilərə karantin olduğunu xatırladaraq, onları kütləvi toplanmamağa çağırıb. Lakin, deyəsən qanuni tələblər də real nəticə verməyib, icra başçısının özü insanları elə kütləvi halda da qəbul etməyə məcbur qalıb.
Şikayətin nəticəsi barədə heç bir rəsmi məlumat yer almayıb. 
Demokratik.Az olaraq Xocalı İHB-dən məsələyə münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz fayda vermədi...
Demokratik.Az

Oxşar xəbərlər