Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Ölkə içi » Əli İnsanovdan sensasion açıqlama: “İnsanların 80 faizində koronavirus var”
Əli İnsanovdan sensasion açıqlama: “İnsanların 80 faizində koronavirus var”
- 12 iyun 2020, 23:07
“Koronavirus yeni deyil, 40-a yaxın növü var. İlk dəfə 1965-ci ildə respirator xəstəlik keçirmiş insanda aşkarlanıb. Axtarsaq, görərik ki, bu xəstəlik insanların çoxunda var. Bəlkə də əksəriyyətində…
Testlər insanların 80 faizində anti-telləri aşkar edir. Moskvada araşdırma aparılıb, bir müəssisənin əməkdaşları yoxlamadan keçiblər, onların 34 faizinin özləri də bilmədən bu xəstəliyə yoluxduqları məlum olub. Onlarda koronavirusun anti-tellərini tapıblar. Deməyim odur ki, xəstəlik yüngül və ağır formada keçə bilər. Bu xəstəlik bəzən hiss edilmir. Bunu qriplə eyniləşdirmək düzgün deyil. Qrip gün ərzində 10 nəfəri, koronavirus isə çox təhlükəli virusdur, 30-40 nəfəri yoluxdurur”.
Demokratik.Az pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov deyib.
“Bir məsələni də qeyd edim, XIV əsrdə taun pandemiya olub. Bu, Avropada 25 milyon insanın həyatına son qoyub. Müxtəlif mənbələrdə qeyd olunur ki, Avropanın 60 faizi tələf olub. Koronavirusa yoluxanların isə heç bir faizi də dünyasını dəyişməyib. Bu virusa yoluxanların sayı 7 milyondan artıqdır, 400 mini dünyasını dəyişib. Düzdür, təhlükəli virusdur, amma geniş vüsət ala bilmir. Biz bundan arxayınlaşmamalıyıq. Azərbaycanda həyata keçirilən tədbirlər də bu cür olmamalıdır, insanlara sərbəstlik verilməlidir. Maskanın taxılmamasına görə tətbiq edilən cərimə gülüncdür, bu, hüquqlarımızı pozur. Kütləvi toplaşmağın təhlükəli olduğunu başa düşürük…Bu işin başında həkimlər durmalıdır, Nazirlər Kabineti də köməkçi rolunu oynamalıdır” – Ə.İnsanov qeyd edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Korona virusu barədə HƏR ŞEY ÜZƏ ÇIXDI
Emin Ağalarov koronavurusa yoluxubmuş - özü danışdı
Azərbaycanlı həkim KORONAVİRUSLA BAĞLI HƏR ŞEYİ AÇDI – VİDEO
Almaniya Çindən 130 milyard avro təzminat istəyir
Azərbaycanda koronavirusun bitəcəyi yeni tarixi Sinqapur açıqladı
ÜST: "Koronavirus güclü epidemiya deyil"
Azərbaycana koronavirus testləri hansı ölkələrdən gətirilir?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı
Milli Məclisin komitə sədri koronavirusa qarşı tədbirlərdən danışıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti