Demokratik TV
Xəbər lenti
Bu həftəsonu sərt karantin rejimi tətbiq olunacaq? - AÇIQLAMA
- 08 iyun 2020, 21:13
İyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydalarının tətbiq edilməsi barədə Baş nazir Əli Əsədovun adından yayılan məlumat həqiqətə uyğun deyil.
Demokratik.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.O qeyd edib ki, bu barədə bəzi saytlarda yayılan məlumat həqiqəti əks etdirmir: "Baş nazir bu barədə heç bir yerdə açıqlama verməyib, bu, cəfəngiyyatdır. Bəziləri bu barədə yalan məlumatlar yayıblar".
İ.Məmmədov bildirib ki, Baş nazirin bu həftənin sonu karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı heç bir qərarı yoxdur: "Bu barədə heç bir qərar yoxdur. Əgər hansısa müzakirə aparılarsa və ya qərar qəbul edilərsə, bununla bağlı ictimaiyyətə rəsmi məlumat veriləcək. Amma bu günə bu barədə belə bir qərar yoxdur".
Xatırladaq ki, bəzi saytlarda Baş nazir Əli Əsədovun adından məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya ölkədə koronavirus infeksiyası kəskin yayıldığı üçün iyunun 13, 14 və 15-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda növbəti sərt karantin qaydaları tətbiq ediləcək.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Karantin rejimini pozan 900-ə yaxın şəxs cərimələnib
Sərt karantin rejimi hər həftəsonu olacaq? - VideoAÇIQLAMA
"Daha 41 nəfər koronavirusa yoluxub, 8 nəfərin vəziyyəti ağırdır" - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırılır
Karantindən çıxmanın növbəti mərhələsi - rəsmi qurumlardan açıqlama
Həftəsonu küçəyə çıxsanız -1 aylıq həbs, 5 min manatadək cərimə
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
Angela Merkel koronavirus şübhəsi ilə karantinə alındı
Yaşı 65-dən yuxarı şəxslərə qadağa mayın 11-də götürülə bilər
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti