Demokratik TV
Tanınmış dosent ADAU-nun "Siyasət"indən yazdı - "Necə olubsa..."
Azərbaycan Dövlət Aqrar Universitetinin (bundan sonra ADAU) tanınmış müəllimi, dosent İlham Kərimov universitetin “Energetika” kafedrasının müdiri Siyasət Məmmədova "tənqid atəşi" açıb. Demokratik.Az bildirir ki, müəllimin feysbuk sosial şəbəkəsi üzərindən yaydığı tənqidi mətndə deyilir: ![]()

"Mən sizlərə Siyasətdən danışmaq istəyirəm. Amma dünya siyasətindən, dünyada gedən proseslərdən danışmayacam.Yəqin düşündünüz ki, ölkəmizin daxili və xarici siyasətindən danışacam. Xeyir. Mən sizə ADAU-nun “Siyasət”-indən danışacam. Ancaq, ADAU rəhbərliyinin siyasətindən yox, “Energetika” kafedrasının “Siyasət Məmmədov”-undan danışacam.
Bu başa bəla alim 1966-cı ildə (mənim 5 yaşım olanda, indi mənim 59 yaşım var) Azərbaycan Neft Akademiyasının Energetika fakultəsinin “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisasını bitirib. Necə olubsa bu dərin savadlı “Siyasət” ali məktəbi qurtarandan 40 il sonra (məndən 6 il sonra), özü də öz baza ixtisasından deyil, mexanikləşdirmə sahəsində (Qaba yem dozatorunun təkmilləşdirilməsi mövzusunda) namizədlik dissertasiyası müdafiə edib (və ya etdirilib).
Nədənsə, mən hər onu görəndə “Ulduz” filmindəki Gülümsərov yadıma düşür.Syasət Məmmədov da Gülümsərov kimi təsərrüfat işləri üzrə prorektor işləyib. Ancaq Gülümsərov elm aləminə aidiyyatı olmadığını anladığı gün çıxıb getdi (bu da bir mərdlik, kişilkdir). S.Məmmədov isə nəinki getdi, hətta “müdafiə” edən kimi ADAU boyda bir elm məbədinin elmi işlər üzrə prorektoru oldu (elədilər).Amma, sonra ağıllı insanlar anladılar ki, ADAU kimi elm məbədində S.Məmmədovu bu vəzifədə saxlayanlar Gülümsəov demiş, tarix qarşısında cavab verməli olacaqlar. Ona görə də bu vəzifədən uzaqlaşdırıldı.
Dostlar, əslinə baxanda onun karyerasındakı bu pillələrlə heç mənim də içim yox idi.Lakin, onun özünü alım adlandırıb elədiklərini görəndə düşündüm ki, “haqsızlığa, ədalətsizliyə şahid olub susmaq da bu haqsızlığa, ədalətsizliyə şərik olmaqdır”.
Onun, 15 il ərzində kafedra müdiri kimi elədikləri “Kovid-19”-dan da acınacaqlıdır. “Covid-19”-dan müalicə 14-15 gün sürür. Deyəsən, növbəti 5 il üçün də kafedra müdiri seçildiyi üçün “Siyasət-19” virusundan müalicə 15-20 il sürəcək.
S.Məmmədovun fəaliyyəti haqqında ətraflı yazacam. (Ardı var, İzləyin)"
Demokratik.Az xatırladır ki, adıkeçən kafedra müdirinin 72 yaşı var. Qocalmasına baxmayaraq, O, bir neçə ay əvvəl ADAU-da gəncləşdirmə siyasətinin sanki əleyhinə olan rektor İbrahim Cəfərovun təkidli tələblərilə kafedra müdiri "təyin" olunub. Təəssüf ki, yuxarıda müəllimin qeyd etdikləri doğrudur, Siyasət Məmmədov təmsil olunduğu kafedrada elmi potensialı müasir tələblər çərçivəsində irəli aparacaq bilik və bacarığa, çevik idarəçiliyə sahib deyil...
Demokratik.Az
