"Demokratik.Az"-ın sevinci! Lerikdə evsiz qalan ailə müasir çadırla təmin edilib

  • 21 may 2020, 10:14
Lerik İcra Hakimiyyəti və Fövqaladə Hallar Nazirliyi rayonunun Tikəband kəndinə müasir tipli çadır göndərib. Adıkeçən dövlət qurumlarının bu addımı Cahangirovlar ailəsinin sevincinə səbəb olub.
Cahangirov Rövşən Guloğlan oğlunun "Demokratik.Az" saytına bildirdiyinə görə, yaşadıqları qəzalı evin durumunun işıqlandırılması və prezident cənab İlham Əliyevə videomüraciəti ilkin nəticəsini verib. Aidiyyatı qurumlar evsiz və köməksiz qalan ailənin problemlərinin həlli istiqamətində hərəkətə keçib. Ailə müvəqqəti sığınması üçün FHN-də olan 6X4 ölçüdə çadırla təmin edilib. Hazırda sürüşmə zonası sayılan qəzalı evin yenidən tikilməsi məsələsi araşdırılır, bu məqsədlə Nazirlər Kabineti, Lerik İcra Hakimiyyəti və komissiya ayrılması üçün Fövqaladə Hallar Nazirliyi arasında rəsmi yazışmalar aparılır.
Xatırladaq ki, Demokratik.Az saytı ötən həftə "Lerikdə bir ailə evsiz və köməksiz qalıb: "Yardım edin cənab Prezident!"" sərlövhəli xəbərlə ailənin mövcud durumunu işıqlandırmağa, aidiyyatı qurumları problemin həllinə səsləmişdi.
Çağırışlara dərhal reaksiya verib ailənin çadırla təminatına vəsilə olan ölkə rəhbərliyinə, Lerik İHB-yə və FHN-ə təşəkkürümüzü bildiririk.
İnanırıq ki, sözügedən ailəyə tezliklə yeni ev də tikilər və bunun sevincini bütün Azərbaycan yaşayar...
Demokratik.Az

Oxşar xəbərlər