Hərbi şəhərciyin sakinləri Göygöl icra hakimiyyətinə "hücum" çəkdi: "Susuz qalmışıq"

  • 20 may 2020, 10:00
Göygöl rayonunda yerləşən "N" saylı hərbi Hissəyə məxsus Hərbi Şəhərciyin sakinləri Göygöl İcra Hakimiyyətinin binasına gələrək etiraz edirlər. Şikayətçilər susuzluqdan əziyyət çəkir.

Bu barədə Demokratik.Az-a keçkiş hərbçilərdən biri məlumat verib. Mənbənin sözlərinə görə, aylardır ki, içməli su probleminə dair şikayətlərinə yerli qurum tərəfindən heç bir məhəl qoyulmur. Başda icra başçısı Arif Seyidov olmaqla, onların susuz qalması məmurları maraqlandırmır. 
Göygöl şəhərində yerləşən Hərbi Şəhərcikdə problemin kökündə isə maraqlı məqam dayanır. Sən demə, bir neçə il əvvəl milyonlarla büdcə vəsaiti hesabına ərsəyə gələn Göygöl içməli su təchizatı zamanı Hərbi Şəhərcik layihələndirilməyib, orada yaşayanlar "unudulub".
Göygöl İHB-nin məsələyə mövqeyini alıb dərc etməyə çalışacağıq...
Demokratik.Az
Oxşar xəbərlər