Xəbər lenti
Bütün xəbərlər

Ədliyyə naziri Nizami Qocayevi təqaüdə göndərdi

  • 10 may 2020, 16:20
Məşhur polkovnik, Ədliyyə Nazirliyinin Gəncə regional Ədliyyə Şöbəsində vəzifə tutan Nizami Qocayev nazirin müvafiq əmrilə vəzifəsindən azad edilib.
"Demokratik.Az" bildirir ki, qalmaqallı polkovnik nazir Fikrət Məmmədovun əmrilə birdəfəlik təqaüdə göndərilib.
Xatırladaq ki, 2016-cı ildən Ədliyyə Nazirliyi sistemində işləyən N.Qocayev əvvəllər DİN-də yüksək vəzifələrdə çalışıb.
O, DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra, 2002-ci ildə dövlət başçısımərhum Heydər Əliyev tərəfindən əfv olunub.
Məhkəmə yolu ilə tam bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib və Qaradağ Rayon Polis İdarəsinin rəis müavini, İsmayıllı rayonunun polis rəisi vəzifələrində çalışıb.
Nizami Qocayev açıqlamasında təqaüdə göndərildiyini təsdiqləyib: “Artıq təqaüd yaşımdır. 45 il işlədim. Pensiya alıram. Daha bəsdi, bundan sonra istirahət edəcəm, sağlamlığımla məşğul olacam” - deyə N.Qocayev "Bakupost.az"-a açıqlamasında bildirib.
Onu da qeyd edək ki, bəzi xəbər saytları, eləcə də "Bakupost" Nizami Qocayevi yanlışlıq olaraq Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi kimi təqdim edib. Hansı ki, Qocayev Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional Ədliyyə idarəsinin rəisi yox, idarənin icra xidmətinin rəisi vəzifəsini tutub.
Demokratik.Az
Oxşar xəbərlər