Xəbər lenti
Bütün xəbərlər

Qazaxın icra başçısı oğluna yarım milyonluq lüks maşın aldı, deputat sərt şəkildə qınadı

  • 06 may 2020, 11:38
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna 275 min dollar (450 min manat) dəyərində olan avtomobil aldığına dair xəbər yayılıb.
Demokratik.Az bildirir ki, xəbəri Unikal.org yayıb.
Saytın iddiasına görə, R.Babaşovun oğlu Elşən Babaşov hazırda işə öz adında olan "Mercedes Benz G-63 AMG” markalı avtomobillə gedir.
Milli Məclisin istiqlalçı deputatı Vahid Əhmədovun xəbərə münasibəti sərt olub: "O, bu  maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.
Millət vəkili Qaynarinfo-ya açıqlamasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna aldığı  275 min dollar (450 manat) dəyərində olan avtomobildən danışarkən deyib ki, icra başçılarının 90%-i zatən  bu işlə məşğuldurlar:
"O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90% bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam. İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. Elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.
Anlaşılan, son aylarda iqtidarın harın məmurlara, xüsusilə də icra başçılarına qarşı başlatdığı antikorrupsiya tədbirlərinin ciddiyyəti bəzi icra başçılarını narahat etmir, Rəcəb Babaşov kimiləri öz lüks həyatlarına davam edir...
Demokratik.Az
Oxşar xəbərlər