Çin neft bazarını “silib-süpürür”

  • 27 apr 2020, 21:29
Çin qiymətlərin rekord həddə ucuzlaşmasından istifadə edərək bazardan neft alışını sürətlə artırır. Reuters-in məlumatına görə, bu ilin mart ayında Pekin Rusiya neftinin alışını rekord həcmdə - ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz çoxaldıb. Gündəlik neft alışının həcmi 1,66 milyon barelə çatıb. 
Həmişə Çinin əsas təchizatçısı olan Səudiyyə Ərəbistanından gündəlik neft alışı 1,6 faiz azalmaqla 1,7 milyon barel təşkil edib. Ümumilikdə isə Çinin mart ayında neft alışı 4,5 faiz artaraq gündəlik 9,68 milyon barelə yüksəlib.
Qeyd edək ki, yanvar-fevralda Çin Rusiya neftinin alışını 11 faiz, Səudiyyə neftinin alışını isə 26 faiz artırıb. Ümumilikdə iki ayda alınan neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.
Qeyd edək ki, Çin dünyada ən böyük neft anbarlarına malikdir. Buna görə də hazırda yeganə ölkədir ki, neft alışını sürətlə artıra bilir.
Oxşar xəbərlər