"Demokratik.Az" təbrik edir
- 08 mart 2015, 16:38
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. 1998-ci ildə Azərbaycanda müvafiq komitə yaradılıb. Azərbaycan həm də Avropa şurasının qadınlarla bağlı bürosunda təmsil olunur,BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
8 Mart - Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub. Bu il həmin gün bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən 9 mart qeyri-iş günü elan edilib.
"Demokratik.Az"saytı olaraq biz də bütün Azərbaycan xanımlarını səmimiyyətlə təbrik edirik.Həyatınız həmişə təravətli olsun.Sevinc baş tacınız,kədəy ayaq tozunuz olsun...Təbrik edirik.