Azərbaycanda Ramazan ayı başlayıb

  • 25 apr 2020, 00:54
Bu gündən Azərbaycanda Ramazan ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edir. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.
Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir.
Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-də qeyd olunacaq.
Oxşar xəbərlər