Ölkəmizdə ənənəvi “İmmunlaşdırma həftəsi” keçiriləcək

  • 21 apr 2020, 22:17
“Respublikada “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” Əmr imzalanıb.
"Demokratik.Az"-ın məlumatına görə, 09.04.2020-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
Əmrdə 2020-ci ilin aprel ayının 20-26 tarixlərində Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.
Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVİD-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə Respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.
Xəbəri Səhiyyə Nazirliyinin Mətbuat Xidməti paylaşıb və “İmmunlaşdırma həftəsi" hər il həyata keçirilən ənənəyə dayanır. Yazıqlar olsun ki, bəzi yerli xəbər saytları rəsmi məlumatI "COVİD-19"la əlaqələndirərək uşaqlara guya koronavirusa qarşı peyvəndləmə həyata keçiriləcəyi təəssüratını yaratmağa cəhd edirlər. Rəsmi xəbərə ölkəni əhatə edən həssas karantin dönəmində dezinformasiya təbliğ edən, valideyinlərdə qorxuya və həyəcana səbəbola bilən başlıqların seçilməsi yalnız təəssüf doğurur.
Demokratik.Az
Oxşar xəbərlər