Karantin qaydalarını pozan icra başçısı deputatların zənginə cavab vermir

  • 21 apr 2020, 21:04
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
Demokratik.Az bildirir ki, Modern.az saytı İsmayıllı rayonundan olan deputatlarla əlaqə saxlamağa çalışıb.
87 saylı Ağsu - İsmayıllı seçki dairəsinin deputatı Tahir Kərimli saytımıza açıqlamasında icra başçısının tam olaraq karantin qaydalarını hansı formada pozmasından xəbərsiz olduğunu bildirib:
"Həm rayonun deputatı Novruz Aslan, həm də mən icra başçısı Nahid Bağırovla əlaqə saxlamağa çalışdıq ki, detalları öz dilindən eşidək.Təəssüf ki, telefonlarımıza cavab vermədi. Təbii ki, icra başçısının karantin qaydalarını necə pozması barədə bəzi iddialar da var. Ancaq iddiaları səsləndirmək doğru olmaz".
Qeyd edək ki, 41 yaşlı Nahid Bağırov bu il martın 5-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İcra başçısı təyinatına qədər o, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavini işləyib.
Oxşar xəbərlər