Əli Əsədov Peşə təhsili müəssisəsinin vəzifələrini artırdı

  • 20 apr 2020, 22:49
Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.
Demokratik.Az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, peşə təhsili müəssisəsinin vəzifələri artırılıb.
Bundan sonra peşə təhsili müəssisəsi təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə yanaşı, habelə təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək.
Eyni zamanda peşə təhsili müəssisəsi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə və “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq.
Oxşar xəbərlər