Milli Məclisin Sədri və deputatlar qan verdilər - FOTOLAR

  • 19 apr 2020, 12:42
Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin aprelin 17-də keçirilən plenar iclasında bu aksiya barədə məlumat verib.
Spiker bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına Milli Məclis də qoşulub. S.Qafarova deyib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Aprelin 18-də Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları könüllü qan verə bilərlər”.
İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə aprelin 18-də Milli Məclisin Sədri Sahibə xanım Qafarova başda olmaqla  deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək növbə ilə qan verdilər. Dəvət olunmuş həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirildi.






Oxşar xəbərlər