GÖZLƏNİLMƏZ! "Azərbaycan parlamentinin Aparatı buraxılıb".

  • 18 apr 2020, 16:09
"Azərbaycan parlamentinin Aparatı buraxılıb".
Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.
Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub. Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb. Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib/Report.
Oxşar xəbərlər