Ölkəmizdəki silah çeşidlərinin sayı artıb

  • 07 mar 2015, 19:50

2013-cü illə müqayisədə 2014-cü ildə istehsalı mənimsənilmiş müdafiə məmulatlarının çeşidlərinin sayı 1,4 dəfə artıb.


APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Hesabatda qeyd olunur ki, mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı ümumilikdə 900-ü ötüb.
Hesabatda bildirilir ki, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə 2014-cü ildə də bir sıra yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılıb.
3 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 5 məmulatın, o cümlədən təkmilləşdirilmiş piyada əleyhinə qəlpəli mina, avtomatik qumbaraatan üçün qəlpəli atəş yığımları, zirehli gödəkcə və ötürücü-qəbuledici sistemin istehsalı mənimsənilib, silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunub.
2014-cü ildə müdafiə təyinatlı məhsul istehsalının ümumi həcmi isə 312,7 milyon manat təşkil edib.
Bu rəqəm 2007-ci illə müqayisədə 7,6 dəfə, 2013-cü illə müqayisədə 26,3 faiz çoxdur.
152,6 milyon manat məbləğində müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib.
Təhvil verilmiş məmulatların həcmi 2013-cü ilə nisbətən 25,9 faiz artıb.

Demokratik.Az
Oxşar xəbərlər