Osman Nərimanoğlu yazdı: "MŞ-nin Əliçi trolları da rədd olub getməlidir"

  • 05 apr 2020, 10:08
MİLLİ MƏTBUATIMIZ ZƏRURİ İNKİŞAFA DOĞRU İRƏLİLƏYİR!
Dünyanın qloballaşmaqda olduğu bir vaxtda, Azərbaycan mətbuatının müasir tələblərə cavab verə bilən həddə irəliləməsi və cəmiyyətdə daha milli və daha konseptual ictimai faydalı rəyin yaradılmasına köklənməsi üçün yeni üfiq xətti öz parlaq işıqlarını bizə saçır. Mətbuatımızın öz tarixi missiyasını daha yüksək səviyyədə həyata keçirə bilməsi üçün iqtidarın bu yöndə başlatdığı ciddi islahatlar modeli indi aydın görünür.
Hamının yaxşı tanıdığı O Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi barədə bugünkü sərəncam yaxın gələcəkdə KİV-in güclənəcəyinə, süni problemlərinin həll ediləcəyinə nikbin mesajlar verir.
Bəli cənablar, uzun illərdir ki, ölkə mediasını ağzıüstə salan, daha çox özünün məqsəd və ideyalarını həyata keçirməklə, hakimiyyətdaxili intriqalara yol açmaqla məşğul olan trolbaşı Əli Həsənovun (prezidentin sabiq köməkçisi) ən yaxın maxinatör fiqurantlarından olan birisindən də canımız belə qurtuldu. Jurnalistlərə tikilən evlərin paylanışında ənənəvi tapşırıqlarla alver edən, Əli Həsənovun tərbiyyəsiz trollarına KİVDF pullarını sanki öz cibinin pulu kimi dağıdan adam - Vüqar Səfərli də Əli Həsənovun qırıntısı kimi keçmişdə qaldı.
Fəaliyyətindəki nöqsan və özbaşınalıqları təftiş edib onu məsuliyyətə cəlb etməsələr belə, O, varlana-varlana irəlilədiyi yolsuzluğun sonuna çatdı, rədd olub getdi...
Amma, bundan sonra müstəqil media orqanları üçün daha mühüm gözlənti, acı bir reallıq mövcud olaraq qalır. Vüqar Səfərlinin və trolbaşı Əli Həsənovun bütün əyri işlərində, mənzil verilməsində və pul ayırmalarında transformatorluq edən Azərbaycan Mətbuat Şurasının yarıtmaz sədri Əflatun Amaşov və komandası söz sahibliklərini və postlarını qoruyub saxlayırlar. Mütləq zərurətdir ki, MŞ-ni təmsil edən trollar - sadiq Əli Həsənovçular da KİV-lərin fəaliyyətinə yön verməkdən rədd olub uzaqlaşdırılsınlar. Bu hamını düşündürməlidir...
KİVDF-nin daha şəffaf və daha çevik fəaliyyəti naminə MŞ sədri Əflatun Amaşovlar, Əli "dayı"larının hesabına saxta "reket" siyahılar ixrac edən, məhz bu qara piar yolu ilə ləyaqətli və layiqli jurnalistləri dövlət qayğısından illərdir ki, məhrum edən Vüqar Rəhimzadələr, Aydın Quliyevlər, Müşviq Ələsgərlilər, trol Azər Həsrətlər (və s) də azad sözə qarşı komissarlıqlarından təcrid edilməlidirlər.
Yoxsa, bunların sayəsində yallana-yallana W-ŞARİKOV olanlar, trollaşıb varlananlar, hələ də ev almaq eşqilə insanların şəxsiyyətini alçaldan savadsız türemşiklər, yalan və böhtanlarla Əli Həsənova yalmananlar və onların kükrəməkdə olan zərərli qvardiyasını utanmadan savunanlar silsiləsi davam edəcək. Amma, yetər artıq!
İnanıram ki, hökumətin yürütdüyü islahatlar Azərbaycana sağlam və çağdaş media mühiti bəxş edəcək...
#RƏDDOLUNTROLLAR  #Rəddolsunəliçilər
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər