Qaynar xəbər: "Rövnəq Abdullayev "İSTEFA"ya göndərilir"

  • 02 apr 2020, 14:49
Yaxın günlərdə "SOCAR" prezidenti Rövnəq Abdullayevin vəzifəsindən istefa verəcəyi gözlənilir.
Bu barədə "Demokratik.Az"-a özəl mənbədən məlumat verilib.
Mənbənin sözlərinə görə, son illər Rövnəq Abdullayevin adının müxtəlif qalmaqallarda çəkilməsi, İspaniyada oğlunun qolundan oğurlanmış 1 milyon dollarlıq saat mövzusundan tutmuş, ötən ayın 15-də Türkiyədə yaşayan Azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimovun "FETO" ittihamları ilə həbsə atılmasının əsas sifarişçisinin məhz Rövnəq Abdullayev olması kimi iddialar artıq kifayət qədər beynəlxalq skandala səbəb olub.
Hazırda London arbitraj məhkəməsində "SOCAR"la "Palmali" şirkətinin sahibi Mənsimovun 1 milyard dollarlıq çəkişmədə üz-üzə gəlməsində Rövnəq Abdullayevin bacarıqsızlığının və öz şəxsi maraqlarının olduğu güman edilir.
Nəticədə, Rövnəq Abdullayevin prezidentliyi Azərbaycanın enerji ehtiyyatlarına dair ən mühüm bir şirkəti - "SOCAR"ın beynəlxalq imicini də xeyli zədələdib.
Bundan başqa, Rövnəq Abdullayev çıxışlarında dəfələrlə kobud nösanlara yol verib. Ermənilərə qarşı SOCAR-ın mövqeyini loyal və yumşaq göstərməklə xalqın böyük kəsimində qıcığa və nifrətə səbəb olub. Bu hal da özlüyündə iqtidarın siyasi dəst-xəttilə süni ziddiyyətləri ortaya çıxarıb.
Saytımıza bu barədə danışan mənbə bildirir ki, Rövnəq Abdullayevin vəzifəsindən uzaqlaşdırılmasında hakim elita çoxdan israrlıdır və yaxın günlərdə bu gözlənti baş verəcək.
Xatırladaq ki, Rövnəq Abdullayev artıq 15 ildir ki, bu vəzifəni icra edir.
O, Azərbaycan Prezidentiİlham Əliyevin 10 noyabr 2005-ci il tarixli 1147 nömrəli Sərəncamı ilə ARDNŞ Prezidenti vəzifəsinə təyin edilib. 2005-2015-ci illər ərzində Milli Məclisə seçkilərdə qalib gələrək 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputatlıq mandatına da sahib olub.
Müxtəlif vaxtlarda futbol və cüdo idman federasiyalarına rəhbərlik edib.
Aliləlidir, bir qızı, bir oğlu var..
Demokratik.Az
Oxşar xəbərlər