ARAŞDIRILSIN! Lənkəranın icra başçısı xanım müavini ilə hansı varidata sahibdir?

  • 09 may 2020, 18:04
Son günlər DTX-nın həyata keçirdiyi operativ əməliyyat-istintaq tədbirləri nəticəsində bir neçə rayon icra başçılarının həbsi bir daha yəqin etdi ki, prezidentin səlahiyyətli nümayəndələri ölkə başçısının onlara etimad və inamını bir kənara qoyaraq, pul toplamaq, insanlardan bac-xərac yığmaq, rayonun iqtisadi-sosial sferalarını tamamilə korrupsiya və rüşvətə bulaşdırmaqla məşğul imişlər.
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin evində tapılan, dəyəri milyonlarla ölçülən xarici valyuta varlığı rayonun birinci şəxslərinin varlanmaq eşqilə talançılığının həcminə işıq salır.
"Demokratik.Az" xatırladır ki, yerli mətbuat səhifələrində demək olar ki, bütün icra başçılarının dolayı yollarla sahib olduqları var-dövlətləri, topdağıtmaz sərvətləri, biznes şəbəkələri barədə çoxsaylı materiallar yazılıb. Ayrı-ayrı şəxslərin, ekspertlərin, iş adamlarının dilindən eşitdiyimiz faktlar və ictimai nüfuzu olan şəxslərin bu məsələyə reaksiyaları sərt olub. 
Hazırda oturduğu kürsünün hesabına rayonun daxili imkanlarından xortumladığı sərvətilə göz oxşayan və mediada barəsində bol-bol tənqidlər işıq üzü görən icra başçıları var ki, olayların şokuna girib, səksəkədə "QARA MASKALI OĞULLAR"ın onların da qapılarını döyəcəyi anı gözləyirlər. Öz maddi imkanlarını maksimum gizlətməyə çalışan, lakin cari ilin martında təhsil eksperti Elşən Qafarov tərəfindən ifşa edilən Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva kimi...
Təhsil ekspertinin videoaçıqlamasında adıçəkilən "mehriban məmurlar" haqqında sensasiyalı video-müraciət yayılmışdı.
Demokratik.Az xatırladır ki, təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkələrdəki hesabında Lənkəranın icra başçısı və onun müavini tərəfindən talan edildiyini bildirmişdi.
Ekspert, icra başçısı Taleh Qaraşovun xanım müavininin təsiri altında olduğunu da iddia edərək hər ikisinin korrupsiya sxemlərini açmış və çoxsaylı mülkləri hansı vəsaitlə əldə etdiklərinin araşdırılmasını istəmişdi.
Ekspert, eyni zamanda, Rəsilə Əliyevanın müavin olduğu qısa müddətdə aldığı və ya ona bağışlanan əmlakları sadalamışdı.
"Demokratik.Az"-ın məlumatına görə, Qaraşov və müavininin əmlaklarının siyahısı aşağıdakı kimi iddia edilirdi:
1. “Dəniz Hotel” (anasının adına sənədləşdirilib)
2. Bakıda, “Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində)
3. Lənkəranda, Qala adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil
4. Lənkərənda, dəniz kənarında villa
5. Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi
6. Bakıda, Ağ Şəhərdə (AMAY TM-nin yaxınlığında) 3 otaqlı mənzil
7. Lənkəranda, “RayPO” adlanan yaşayış massivində 4 otaqlı mənzil
8. Lənkəranda, “EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s.
E. Qafarovun bu və digər iddiaların yer aldığı və sonradan öz youtube kanalından sildiyi video-müraciəti təkrar təqdim edirik:
Oxşar xəbərlər