Əli Əsədov bu dövlət qurumlarını 1 aylıq məzuniyyətə "göndərir" – QƏRAR

  • 21 mart 2020, 01:04
Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.
Məktubda deyilir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktiki tədbirlər çərçivəsində dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci ilin mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilsinlər.
Qeyd edək ki, əməkdaşların ödənişli məzuniyyətləri qalır və istənilən zaman istifadə edə biləcəklər.
         
Oxşar xəbərlər