Demokratik TV
Vətəndaş nəqliyyatdakı özbaşınalıqlarla mübarizəsini davam etdirir, DANX-nin rəis müavini isə...
Gəncə şəhəri Sülh küçəsi, I dalan, 5A-da yaşayan Quliyev Möysüm Əliqaya oğlu tərəfindən "Demokratik.Az"-a növbəti ŞİKAYƏT mətni daxil olub.
Müəllif xeyli müddətdir ölkə nəqliyyatında tuğyan edən özbaşınalıqlarla mübarizə aparır, özündə olan faktları yuxarı orqanlara göndərməklə həllinə çalışır. Vətəndaş bu dəfə yazdıqlarına aldığı cavabla razılaşmayaraq bunları bildirir:"Ümummilli lider demişdi: «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» və «Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik».
Ancaq çox təəssüflər olsun ki, bu sözlərin NN-i Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (bundan sonra DANX) heç bir aidiyyatı yoxdur. Əksinə mən bir neçə dəfə faktlarla və sübutlarla DANX-nə müraciət etmişəm ki, Göygöl rayon «Xanlar Avtonəqliyyat» ATSC sədri Məcnun Mahmudovun 18 şəxsi avtobusu və qanunsuz əməllərini gizlətmək üçün gah «Həsən Süleyman oğlu», gah «Onur-5», gahda «Vüsal-17» MMC qoyan Həsən Əliyev himayədarlıq etdiyi 43 şəxsi avtobusu avtovağzala girmir və avtovağzal üçün rüsum ödəmir, bu avtobuslar vergi ödəyib «Fərqlənmə nişanı» almırlar.
Tədbir görmək əvəzinə NN-i DANX-nin rəis müavini onların əməllərini ört-basdır etməyə çalışır. Onun cavab məktubunda belə çıxır ki, «bu bizim gəlir mənbəyimizdir. Səsini çıxararsan başına oyun açaram». (cavab məktubunun surəti əlavə olur).
Ümumiyyətlə minlərlə avtobus DANX-nin əməkdaşlarına haqqını verib, vergi ödəmədən sərnişindaşıma fəaliyyəti ilə məşğuldurlar. Bununlada milyonlarla manat dövlətin cibinə girilir. Heç bir avtobus DANX əməkdaşlarının icazəsi və razılığı olmadan bircə gün belə qanunsuz fəaliyyət göstərə bilməzlər. O yekəlikdə avtobus xırdaca iynə-sap deyilki xəlvəti fəaliyyətdə olsun. Gəncə şəhər İH yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarəsi yarandıqdan sonra vəziyyət dahada acınacaqlı oldu. Nə şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar vergi ödəyib «fərqlənmə nişanı» almadı, nə də «taksi fəaliyyəti göstərən avtobuslar». Hamısının xeyrini idarənin rəisi Murad Səttarov gördü.
Mənim Azərbaycan Respublikasının Birinci vitse-Prezidentinə ünvanlanmış müraciətimə baxılması üçün NN-i yanında DANX-i idarəsinə göndərilmişdir. (müraciətin surəti əlavə olur).
DANX-i idarəsinin rəis müavini İbrahim Əliyevin imzası ilə başdan-ayağa yalan və məni hədələyici cavab məktubunu oxuyanda birinci olaraq fikirləşdim ki, rəis müavini
DANX-i idarəsində görəsən elə bir savadlı adam tapmadımı ki, cümlələri bir az səlist və aydın qura bilsin.
II. Rəis müavini DANX-i idarəsinin Gəncə Regional Şöbəsi tərəfindən 12 aprel 2017-ci ildə tərtib edilmiş aktı (surəti əlavə olur) və Vergilər idarəsinin hər iki cəmiyyətlə apardığı araşdırmanın nəticəsi haqqında cavab məktubum (müxtəlif tarixli 4 ədəd cavab məktubunun surəti əlavə olur), Gəncə Regional şöbəsində hüquqşünas vəzifəsində olan Quliyev İsa Qəhrəman oğlunun əlyazmasını (əl yazmasının surəti əlavə olur) oxuyanda heç olmasa azda olsa utanıb abır-həya etmədimi belə bir cavab məktubu göndərirdi?
Nəyə görə İsa Quliyevdən soruşmadı ki, sən əl yazması ilə yazıb müəyyən adamlara paylayırsan ki, 2012-ci ildən 2015-ci ilin 6 ayına qədər şəhərdaxili və şəhərlərarası «Fərqlənmə nişanı» alan avtobusların sayında bir ildə 622 ədəd azalma olub. Bununlada bir ilə 27,990 manat dövlətin cibinə girilib. Demədimi ay İsa, bunun qarşısını almaq sənin vəzifə borcundur, ancaq sən ayrı-ayrı adamlara kağız yazıb verirsən ki, sənin çörək yediyin idarədən şikayət etsinlər? Bunu İsadan niyə soruşmur?
III. Görəsən İbrahim Əliyevdən soruşalar ki, sən cavab məktubunda göstərirsən ki, filan-filan marşrutda işləyən avtobuslar hər ay «fərqlənmə nişanı» alır. «Gəncə-Balçılı» marşrutu ilə sərnişindaşıma fəaliyyəti göstərən 12 ədəd avtobusdan yalnız 5 ədədindən başqa görəsən hansı avtobuslardır «fərqlənmə nişanı» alır? Bunu İ.Əliyevdən soruşsalar cavab verə bilərmi? Yox!
Əgər doğrudanda adları çəkilən marşrutlara sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar İbrahim Əliyevin yazdığı cavab məktubundakı kimi vergi ödəyib, «Fərqlənmə nişanı» alırlarsa, bəs onda nəyə görə DANX-nin Gəncə Regional şöbəsi aktlaşdırır ki, bu avtobuslar «Fərqlənmə nişanı» almadan, qanunsuz sərnişindaşıma fəaliyyəti göstərir, Vergilər idarəsi cərimə aktı yazır, İsa Quliyev yazır ki, bir ildə «Fərqlənmə nişanı» alan avtobusların sayı 622 ədəd azalır. Görəsən İ.Əliyevin yazdığı düzdür, yoxsa bunlar?
İbrahim Əliyev cavab məktubunun 3-cü abzasında yazır:
«Müraciətinizdə qeyd etdiyiniz digər məsələlərin araşdırılması səlahiyyətimizə aid olmadığından, müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır». Guya ona aid olan hər hansı bir məsələ barədə tədbir gördü? Görəsən bu yazdığı qeyri səlist, baş aldadıcı, yalançı, sakit oturmasan başına oyun açaram deyib, hədələyici məktubunumu tədbir sayır? (Cavab məktubunun surəti əlavə olur)
Görünür İ.Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsindən və «Vətəndaşların müraciətinə baxılması qaydası haqqında» qanundan xəbəri yoxdur. Əgər bu qanundan az-çox xəbəri olsaydı müraciət kimin səlahiyyətinə aid idisə oraya göndərərdi. Buda İ.Əliyevə xeyir etmir.
«Xanlar Avtonəqliyyat» ATSC və «Onur 5» MMC himayədarlıq etdiyi, ətraf kəndlərə sərnişindaşıma ilə məşğul olan avtobuslar avtovağzala girmir, avtovağzal üçün rüsum ödəmir, bu kəndlərə işləyən avtobuslar şəhərdaxili avtobus kimi şəhərin daxilində şütüyərək şəhərdə sıxlıq yaradırlar, şəhərdaxili avtobuslara maneçilik törədirlər. Bu avtobusların şəhərə girməsinə qadağa qoyulması üçün Gəncə şəhər İH-i yanında avtomobillə sərnişindaşıma idarəsi rəisinə müraciət etdim. Rəis ona aid olan məsələni həll etmək əvəzinə müraciəti DANX-nin Gəncə Regional şöbəsinə göndərdi. (Müraciətin və göndəriş məktubunun surəti əlavə olur). Tam ona aid olan məsələni idarə rəisi özündən kənar etdi.
Ancaq heç DANX-nin Gəncə Regional şöbəsində nə tədbir gördü, nə də müraciətə cavab vermədi. Axı nə cavab verəydi? Yazsın ki, bu avtobuslar mənim müftə 10 minlərlə manat gəlir mənbəyimdir? Tədbir görsün özünün havayı gələn gəlirinin qarşısını kəssin? Təkcə bu avtobuslar olsaydı nə var idi? Vergi ödəməyib, vergi pulunu DANX-i idarəsi əməkdaşlarına verən avtobuslar respublikada minlərlədir.
Bir şey maraqlıdır ki, bu özbaşnalığın qarşısını alan yoxdur.
İndidə DANX-i idarəsinin rəis müavini İbrahim Əliyevin axırıncı abzasında çoxda səlist olmayan, məni hədələdiyi anlaşılmaz, yalan cümləsi barədə yazır:
Gəncə şəhərindən Göygöl rayonunun Yeni Qızılca kəndinə şagird heyətini daşıyırsan.
Nə olub, Gəncə şəhərində məktəb yoxdur, şagirdlər kəndə daşınır?
Əslində isə belədir:
Göygöl rayonu st. Qızılca qəsəbəsi 50 evdəndə az olan kiçik bir qəsəbədir. Əvvəllər bu qəsəbə və buradakı məktəb dəmir yolu nəzdində olub. Bu qəsəbədəki ibtidai məktəbdə yüksək təlim-tərbiyə işi olduğuna görə ətraf kəndlərdən, xüsusi ilə yeni Qızılca kəndindən bu məktəbə şagird axını olub. Ona görədə bu kənddə əvvəlcə 9 illik, sonra isə 11 məktəb yaradılıb. Bu qəsəbənin özündə yalnız 7-8 nəfər şagird olur. Bu qəsəbədəki məktəb 11 illik tam orta məktəb olanda bu məktəbə mənim dostum, şəhid Rafik Məmmədovun adı verilir və məktəb dəmir yolu idarəsinin nəzdində olur.
Bu məktəbdə təlim-tərbiyə yüksək səviyyədə olduğuna görə keçmiş NN-i Ziya Məmmədov bu məktəbə gəlir, başqa kəndlərdən bu məktəbə gələn şagirdləri aparıb-gətirmək üçün bu məktəbə NN-i tərəfindən bir ədəd xarici avtobus ayrılır. Avtobus bir neçə il işlədikdən sonra ehtiyat hissəsi olmadığından tullanqı vəziyyətdə qalır. Məktəb bağlanmaq qorxusunda qalır. Bu məktəb bağlanmasın deyə şəhid Rafiq Məmmədovun qardaşı öz qohumuna bir avtobus alıb verir və şagirdlərin daşınması üçün avtobusun işləməsinə kömək edir. Avtobus köhnə vəziyyətdə olduğu və sürücü xəstə olduğuna görə bir neçə ildən sonra avtobus fəaliyyətini dayandırır. Məktəb yenə bağlanmaq qorxusunda qalır.
Şəhid Rafiq Məmmədovun qardaşı Arif Məmmədov mənə dedi ki, Rafiq mənim qardaşım olub, sənində dostun, onun adına olan məktəb bağlanmasın deyə ikimiz yüngülvari bir avtobus alaq, yanacağa da məndə kömək edərəm, elə xeyriyyə üçün bu məktəbin şagirdlərini daşıyaq. Belədə etdik. Şagirdlərdən və müəllimlərdən on qəpik belə alınmadı. Öz vəsaitimiz hesabına, xeyriyyə məqsədi ilə şagirdləri məktəbə aparıb, gətirirdik.
M.Arif dünyasını dəyişdi. Mən tək həm yanacağa, həm avtobusun təmirinə və ehtiyat hissələrinə çatdırmadım. Ona görədə fəaliyyətimi dayandırdım. Avtobus olmadığına görə şagirdlərin məktəbə davamiyyəti kəskin azaldı. Məktəb kollektivi və valideynlər mənə dedilər ki, imkanı olan hər kəs ayda 1-2 manat yanacağa kömək edər, güc tam sənin üstünə düşməz. Məndə Rafiq Məmmədovun ruhu xatirinə razılaşdım. Bu adamların ayda 1-2 manat yığıb avtobusa yanacaq alması, heç avtobusun işləməsi üçün çəkilən xərcin onda birini ödəmir. Mən xeyriyyə işi görürəm. İbrahim Əliyevin müdafiə etdiyi adamlar kimi qazanc əldə etmirəm. Bunu hamı bilir. Dəfələrlə həmin uşaqlardan da soruşublar. Uşaq düzünü deyər. İbrahim Əliyev o uşaqların hamısından birdə sorğu etsin. Görək kimsə mənə nə vaxtsa 10-ca qəpik veribmi? Yaxşı olar ki, İbrahim Əliyev tabeçiliyində olanların qeyri-qanuni hərəkətlərinin qarşısını almaq üçün böhtançı cavab məktubu yazmaqdansa əməlli işlə məşğul olardı.
Xahiş edirəm adlar çəkilə və digər qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən avtobusların fəaliyyətlərinin dayandırılması və bu avtobusların qeyri-qanuni fəaliyyətlərinə şərait yaradan DANX-i idarəsi və Gəncə şəhəri İH yanında sərnişindaşıma idarəsi əməkdaşları barədə qanunamüvafiq tədbir görülsün.
İmza: Möysüm Quliyev