Demokratik TV
SOS! Gəncədə qanunsuz küçə bazarları koronavirus yaya bilər!
"Demokratik.Az" saytı koronavirus xofu yaşayan Gəncə sakinləri tərəfindən maraqlı və haqlı şikayət alıb.

Əsasən, əhalinin sıx yerlərində müşahidə edilən hal küçələrdə, avtobus dayanaclarında, iri ticarət-iaşə obyektlərinin önündə, və hətta piyada səkilərində lap tuğyan edir.
Sakinlərin saytımıza bildirdiyinə görə, belə qanunsuz küçə ticarətçilərinin satdıqları əşyalar, paltarlar, göy-göyərti, qutab-kətə, müxtəlif növ meyvə-tərəvəz mütamadi şəkildə havada uçuşan mikroblu toz-torpaqla, yüzlərlə müştəri ilə açıq təmasdadır. Elə buna görə də, yayıla biləcəyi təhlükəsini yaşadığımız koronavirusun həmin mallar və qida məhsulları vasitəsilə adamlara yoluxaraq evlərə girmək risqi olduqca böyükdür.

Sakinlər onu da bildirirlər ki, Gəncədə deyilən ictimai qanunsuzluğu təkcə fiziki şəxslər deyil, "OBA MARKETLƏR ŞƏBƏKƏSİ" də həyata keçirir.





"Demokratik.Az" xatırladır ki, ayın əvvəlindən Nazirlər Kabineti yanında operativ qərargah "sosial izolyasiya" tədbirləri həyata keçirməkdədir. Bu barədə əhali tez-tez məlumatlandırılır və ölkə vətəndaşlarının koronavirusa yoluxmaması istiqamətində zəruri prafilaktik tədbirlər görülür.
Bu gecədən etibarən ölkə boyunca bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, təyin olunmuş tədbirlərin tarixi belə dəyişdirilir.
Dəfn mərasimləri istisna olmaqla, qapalı məkanlarda keçirilən yas yığıncaqlarına qadağa qoyulur. Eynilə, 14 və 15 mart tarixlərinə əvvəlcədən təyin olunmuş toy mərasimləri istisna olmaqla bütün toy məclislərinin keçirilməsinə də icazə verilmir.
Restoran və kafelərin işi axşam saat 9-dan sonra durdurulur.
Ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqiləşir.
Gəncə şəhər rəhbərliyini və məsul dövlət qurumlarını qanunla onsuz da qadağan olunan küçə ticarətinin qarşısının alınması üçün tədbirlər görməyə çağırırıq. Bari, koronavirus təhlükəsinə və Nazirlər Kabinetinin tövsiyyə və tapşırıqlarına görə Gəncədə təcili əməli tədbirlərin həyata keçiriləcəyinə ümidvarıq.
Gəncə sakinlərini virus risqi daşıyan özbaşına küçə bazarlarında alış-veriş etməməyə səsləyirik...
Demokratik.Az
